Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

HRW Suriyaya sanksiyalar tətbiq etməyə çağırır


Beynəlxalq hüquq-müdafiə təşkilatı Human Rights Watch ABŞ və Avropa Birliyini Suriyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Təşkilatın bəyanatında bildirilir ki, Suriya hakimiyyəti təhlükəsizlik qüvvələrinin cümə və şənbə günləri aksiyaçılara açdığı atəşə görə məsuliyyət daşıyır. Həmin günlər Suriyanın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı 100-dən çox nümayişçi öldürülüb.

Human Rights Watch BMT-ni bu qətllərə görə müstəqil komissiya yaradıb araşdırma aparmağa da çağırıb.

Bu gün hökumət intensiv etiraz aksiyalarının keçirildiyi Deraa şəhərinə zirehli texnika yeridib.

Yerli sakinlər və hüquq müdafiəçiləri bir neçə adamın öldürüldüyünü bildirilir. Müxalifət tərəfdarlarının Duma şəhərində həbsləri haqqında xəbərlər var.

Suriyada bir aydan çoxdur ki, prezident Bashar Asadin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 300-dən çox adam həlak olub.
XS
SM
MD
LG