Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Təhlükəsizlik Şurası ABŞ-ın İrana dair qətnaməsini qəbul etmədi


ABŞ dövlət katibi Mike Pompeo
ABŞ dövlət katibi Mike Pompeo

BMT-nin Təhlükəsizlik Şurası İran üzərindəki silah embarqosunun müddətinin uzadılmasına dair ABŞ-ın təklif etidiyi qətnaməni qəbul etməyib.

Bu embarqonun vaxtı bu ilin oktyabrında bitir.

Vaşinqton qətnamə qəbul edilmədikdən sonra bildirib ki, ABŞ 2015-ci il nüvə sazişindəki “geriyə qayıdış” mexanizmdən istifadə edəcək.

Ekspertlər bildirirlər ki, belə bir cəhd İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış sazişi məhv edə, BMT-ni isə diplomatik böhrana sala bilər.

Təhlükəsizlik Şurasının avqustun 14-də keçirilən iclasında ABŞ qətnaməsinin keçməyəcəyi əvvəlcədən gözlənirdi.

Beləki 15 üzvü olan Təhlükəsizlik Şurasının veto hüququna mailk iki daimi üzvü – Rusiya və Çin İrana qarşı silah embarqosunun uzadılmasına qarşı çıxacaqlarını çoxdan bəyan etmişdilər.

ABŞ dövlət katibi Mike Pompeo bu barədə yazdığı tvitdə məyusluğunu ifadə edib:

“BMT Təhlükəsizlik Şurası bugün İrandan cavabdehlik tələb edə bilmədi. Bu, dünyanın 1 nömrəli terror sponsoru olan dövlətin silah alıb-satmasına imkan yaratdı və Yaxın Şərq ölkələrinin tələbinə məhəl qoymadı. Amerika bu səhvi düzəltmək istiqamətində işi davam etdirəcək”.

BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermə ABŞ-ın təkləndiyini göstərib.

Onun qətnaməsinin leyhinə iki və əleyhinə iki üzv səs verib. 11 üzv səsvermədə bitərəf qalıb.

Beləliklə Vaşiqnton ona lazım olan 9 səsi də qazana bilməyib və Çinlə Rusiyanın veto hüququndan istifadə etməsinə ehtiyac qalmayıb.

ABŞ-ın müttəfiqləri onu dəstəkləyə bilməyəcəklərini demişdilər

ABŞ-ın hazırladığı qətnamədə oktyabrın 18-də bitəcək embarqonun uzadılması təklif olunurdu. Lakin embarqonun məhz bu tarixdə bitəcəyi barədə müddəa Tehranla dünya güclərinin imzaladığı 2015-ci ilin nüvə sazişinə daxil edilmişdi.

Vaşinqton bildirir ki, o indi 2015-ci il sazişindəki “geriyə qayıdış” mexanizmindən istifadə edəcək. Ekspertlər deyirlər ki, bu addım Təhlükəsizlik Şurasını böhrana sala bilər.

İran və sazişi imzalamış başqa ölkələr bildirirlər ki, ABŞ sözü gedən mexanizmi işə sala bilməz, çünki prezident Donald Trump öz ölkəsini 2018-ci ildə bu sazişdən çıxarıb.

Lakin Pompeo və İrana qarşı sərt mövqe tutan başqa ABŞ rəsmiləri Vaşinqtonun belə bir hüquqa malik olduğunda israr edirlər.

Onlar bildirirlər ki, ABŞ-ın imzası bu sazişdə qalır və eyni zamanda İran nüvə sazişinin şərtlərini pozub.

2015-ci il nüvə sazişini imzalamış Britaniya, Fransa və Almaniya bildirmişdilər ki, onlar İrana qarşı embarqonun uzadılmasına tərtəfdardırlar, lakin ABŞ-ın nüvə sazişinin üstündən xətt çəkəcəkqətnaməsini dəstəkləyə bilməyəcəklər.

XS
SM
MD
LG