Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:50

Beynəlxalq Bankın problemli aktivlərindən nə xəbər var?


Beynəlxalq Bank
Beynəlxalq Bank

Bank borcu olan kommersiya qurumlarının «Aqrarkredit» QSC-nin sərəncamına keçmiş əmlakının satışı ləngiyir. İndiyədək qiymətləndirilmiş əmlakın satışına Müsabiqə Komissiyasının toplaşması tələb olunur.

Hökumətin qərarı ilə ötən il iyunun 22-də qurulan həmin komissiya, mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-dən alınmış problemli aktivlərin əvəzində əldə edilib rəsmiləşdirilən əmlakın satışına və ya kənar idarəçilərə verilməsinə baxacaq. Maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərlik etdiyi bu qurum indiyədək iki dəfə toplaşıb.

Buna da bax:​ Beynəlxalq Banka növbəti yeni sədr gətirildi

Komissiya üzvü: «Komissiyanın məsələsini mən həll etmirəm ki...»

Sözügedən komissiya ilk dəfə ötən il oktyabrın 7-də yığışıb və əmlak satışı üzrə hərracların keçirilmə və ya kənar idarəçilərə verilmə qaydalarını təsdiqləyib. İkinci - sonuncu dəfə isə komissiya üzvləri yenə 2016-cı il noyabrın 4-də üç adda əmlakın satışı ilə bağlı dəyərləndirmə seçimini təsdiq edib.

«Real Prays» MMC və «RSM Azerbaijan» MMC-nin qiymətləndirməni başa çatdırdıqlarını deyən «Aqrarkredit» QSC-nin Müsabiqə Komissiyası işinin təşkili şöbəsinin müdiri Şəmşir Qurbanov AzadlıqRadiosu-na obyektlərin satışa çıxarılması üçün komissiyanın yenidən toplaşmasının tələb olunduğunu bildirib.

Buna da bax: Qiymətli kağızlar bazarı inkişaf etmək əvəzinə daha da daralıb

Komissiyanın bir də nə vaxt iclas keçirəcəyini heç onun üzvü - «Aqrarkredit» QSC İdarə Heyəti sədrinin müavini Cahangir Kərimov da bilmir: «Mən komissiyanın üzvüyəm, onun sədri var. Komissiyanın məsələsini mən həll etmirəm ki». O, daha geniş bilgi verməkdən yayınıb.

Üç obyekt satışa hazırdır

Ötən ilin noyabrında Şəki rayonundakı «Kainat» ASC-nin ət emalı üzrə əmlakının, Novxanıdakı «Fireland Wineyards» MMC-nin şərab zavodunun və Tbilisidəki «Qafqaz Beton-2007» MMC-nin tikinti materialları istehsalı zavodunun qiymətləndirilməsinə qərar verilmişdi. Komissiya qiymətləndirmənin nəticələrini təsdiqləmədiyindən, Şəmşir Qurbanov onlara qoyulan qiyməti açıqlamağın doğru olmadığını bildirib.

Buna da bax:​ Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

İki zavod qiymətləndirməni gözləyir

Şəmşir Qurbanov daha iki əmlak kompleksinin (Mingəçevir izolit və Şəki kərpic zavodlarının) satışına dair sənədlərin Müsabiqə Komissiyasına təqdim edildiyini söyləyib. Bu komplekslərin nə vaxt qiymətləndiriləcəyini yalnız komissiya üzvləri bilirlər.

XS
SM
MD
LG