Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Erdoğan sultan Abdulhamidi niyə ‘dirildir?’


"Abdülhamid" teleserialından kadr
"Abdülhamid" teleserialından kadr

“Bu ölkədə baş verən ziyanlı nə varsa, deməli onun əmri Qərbdə verilib”.

Bloomberg saytı yazır ki, bu sözləri Türkiyə lideri bildirir. Amma söhbət Recep Tayyip Erdoğandan yox, milyonlarla insanın hər cümə günü tamaşa etdiyi tarixi teleserialdakı Osmanlı sultanı II Abdulhamiddən gedir.

Məqalədə deyilir ki, bu tamaşaçılardan hər hansı biri teleserialın baş qəhrəmanını müasir liderə bənzətsə, Erdoğan bundan heç də narazı qalmaz.

Erdoğan təbliğat mitinqlərində bunu öz dili ilə deyib: “Payitəxt” serialına baxırsınızmı? Həmin xarici qüvvələr bu gün də bizdən xərac tələb edirlər. Bu heç vaxt baş tutmayacaq”.

1909-cu ildə devrilmiş Abdulhamid Erdoğanın Türkiyəsində öz ağlına belə gəlməyəcək qədər populyardır.

Erdoğan 2019-cu il seçkisində hakimiyyətini möhkəmləndirəcəyinə ümid edir, hərçənd seçki erkən də keçirilə bilər.

“Hər yerdə düşmənlər”

Bloomberg yazır ki, sultan Abdulhamidin yenidən dirçəldiləməsinin daxili və xarici səbəbləri var. Erdoğan Türkiyə ordusunu keçmiş Osmanlı torpağı olan Suriyaya, ABŞ tərəfindən dəstəklənənkürdlərlə döyüşə göndərib. Digər tərəfdən o həm də Avropa İttifaqının üzvü Yunanıstanla ərazi davasındadır.

Buna 2016-cı ilin baş tutmamış çevriliş cəhdi də əlavə olunsa, hər tərəfdən düşmənlərlə əhatələnmiş Erdoğan obrazı yaranar.

Afyon Kocatepe Universitetinin siyasi təhlilçisi Öner Bucukcu xatırladır ki, Sultan Abdulhamid də şərqi Avropadakı imperiya ərazilərindən siilsilə müharibələr nəticəsində məhrum olmuşdu.

Amma burası da var ki, teleserialdakı düşmənlər “kağız üzərində” Erdoğanın müttəfiqləridir.

Türkiyə NATO üzvüdür, həm də Avropa İttifaqına üzvlüyə namizəddir. Erdoğan hazırda vaxtilə Abdulhamidə düşmən olan Rusiya və İranla da müttəfiqlik edir. Amma Bucukcu deyir ki, bütün bunlara baxmayaraq “Abdulhamid kimi Erdoğan da praqmatik lider kimi qəbul edilir”.

“Parçala, hökm sür”

Lakin Abdulhamidin keçmiş səltənətinə daxil olan bir çox ölkələrdə Türkiyənin bugünkü siyasəti şübhələr doğurur.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed Bin Salman Misir qəzetlərinin redaktorlarına müsahibəsində Erdoğanı Osmanlı imperiyasının hegemonluğunu bərpaya çalışmaqda ittiham edib və Türkiyəni “şər üçbucağının bir tərəfi” adlandırıb. Suriya isə Türkiyə qoşunlarının öz ərazisindən çıxarılmasını tələb edir. İraq da Türkiyənin bu regiondakı hərbi fəallığından heç də həmişə razı qalmayıb.

Lakin Erdoğan hökumətində Abdulhamidin pərəstişkarları inanırlar ki, Türkiyə ilə ərəb ölkələri arasındakı ixtilaflar da Qərb tərəfindən qızışdırılır.

İstanbulun Bilgi universitetində bu yaxınlarda hazırlanmış hesabtda deyilir ki, “Avropa dövlətləri Türkiyəyə münasibətdə “parçala, hökm sür” prinsipindən istifadə edirlər”.

Türkiyənin mədəniyyət naziri Numan Kurtulmus ötən sentyabrda demişdi ki, Ankaranın düşmənləri Türkiyə Respublikası ilə Ərəb dünyası arasındakı bağları baltalamağa çalışırlar.

Nazirin fikrincə indiki dövr bu mənada Abdulhamidin zəmanəsini xatırladır.

“Qırmızı sultan”

Türkiyədə kiçik islamçı Saadet Partiyasının lideri Temel Karamanoğlu deyir ki, “əgər sultan Abdulhamid bu gün sağ olsaydı, o Avropa İttifaqına daxil olmağa səy göstərməz, əksinə İslam İttifaqı yaratmağa çalışardı”.

Ötən əsrin əvvəllərində erməni qiyamçıların kütləvi qırğnınında ittiham edilən Abdulhamidi Avropada “qırmızı sultan” adlandırırdılar. O habelə Fələstin torpaqlarında yəhudilərin məskunlaşmasına imkan vermirdi. Avropa Parlamenti sözü gedən serialı “aşkar antisemit məzmununa” görə tənqid edib.

Məsələ burasındadır ki, Abdulhamidi müasir Türkiyədə də tənqid edirlər. Respublikanın baniləri sultanı böyük casus şəbəkəsinə malik avtokrat adlandırırdılar.

Lakin Erdoğanın hakim partiyasının kökləri islamçılıqdadır və o dünyəvilik prinsiplərindən getdikcə daha çox uzaqlaşır. Bu baxımdan Erdoğanın hazırkı siyasəti Osmanlı imperiyasını qəbul etməyə imkan verir. Onun hökuməti bu il bir neçə tədbirlə Abdulhamidin ölümünün 100 illiyini qeyd edib.

Bu tədbirlərdən biri sultanın İstanbulda Bosfor üzərindəki Yıldız sarayında keçirilib. Bu mərasimdə də Erdoğan da çıxış edib.

Bu çıxışda Erdoğan deyib ki, “çox sayda türk Qərb tərəfindən çaşdırılıb və özünün Osmanlı köklərindən uzaqlaşıb”:

“Tarix təkcə millətin keçmişi yox, həm də onun gələcəyi üçün kompasdır” .

XS
SM
MD
LG