Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:48

'Ağıllı' beşik körpəni gecə oyanmağa qoymayacaq


«Ağıllı» beşik
«Ağıllı» beşik

Yeni doğulmuş körpəsi olan valideynlər tez-tez yuxusuzluqdan gileylənirlər. Körpənin gecə oyanıb ağlaması onları şirin yuxularından ayırır. Nəticədə valideynlər gün ərzində yuxulu, əsəbi və gərgin olurlar.

Texnologiya artıq bu problemə də çarə tapıb. «Ağıllı» uşaq çarpayısı körpələrin gecə oyanıb ağlamasına imkan verməyəcək.

«The Daily Mail» qəzeti yazır ki, pediatr Harvey Karp 5 illik çalışmalardan sonra avtomatlaşdırılmış uşaq çarpayısını ortaya çıxarıb. Layihəni gerçəkləşdirməkdən ötrü o, Massaçusets Texnologiya İnstitutunun mühəndisləri ilə səylərini birləşdirib.

KÖRPƏNİ YIRĞALAYIR, LAYLA DA ÇALIR...

«Snoo» adlanan «ağıllı» beşik körpənin gecə yuxusunu izləyir. Qurğu daxilindəki mikrofonla uşaq ağlayanda, vurnuxanda bunu dərhal aşkarlayır. Bu zaman çarpayı yellənməyə başlayır, sakitləşdirici səslər çıxarır. Səs körpənin ehtiyacına görə dəyişir, ucalır, alçalır, onu rahatlaşdırır, yuxuya verir.

Valideynlər yataqlarından ayrılmadan beşiyə nəzarət edə bilərlər. Bunun üçün ayrıca mobil proqram var. İnternet bağlantısı varsa, çarpayının funksiyalarını smartfonla, planşetlə dəyişmək, onun yellənməsini izləmək olar.

«Snoo» bu günlərdə San-Fransiskoda keçiriləcək Amerika Pediatrlar Akademiyasının konfransında daha geniş tanıdılacaq.

«Ağıllı» beşikdən valideynlər körpənin altı aylığınadək faydalana bilərlər. Bunun üçün onlar 1160 dollarlarından keçməli olacaqlar.

XS
SM
MD
LG