Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:31

Aİ səfiri XİN-ə çağrılıb. Ona Ermənistandakı mülki missiya ilə bağlı narahatlıq çatdırılıb


Peter Mixalko
Peter Mixalko

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko fevralın 12-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona blokun Ermənistandakı Monitorinq Missiyasının fəaliyyəti ilə bağlı narahatlıq çatdırılıb.

Səfirə deyilib ki, bu missiyadan Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi sui-istifadə olunur, bu isə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək məqsədlərinə ziddir.

"Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən "binokl diplomatiyası"nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb", - XİN-in məlumatında bildirilir.

Bu açıqlamaya Aİ-nin Bakıdakı səfirinin münasibəti bəlli deyil. Ancaq bir neçə gün öncə P.Mixalko X platformasında yazıb ki, Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc edib, mülki, silahsız bir missiyanın mandatı müşahidə aparmaqdır.

Daha əvvəl baş verənlər

Fevralın əvvəlində Azərbaycanın Ermənistanla sərhədini qanunsuz keçdiyi bildirilən Çexiya vətəndaşının saxlanılması haqda xəbərlər yayılıb.

Hökumətə yaxın media həmin şəxsin Qərb kəşfiyyatı üçün işlədiyini, Aİ-nin sərhəd monitorinq missiyasına bağlılığını iddia edib. Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik isə bu iddiaları rədd edib.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Mülki missiya niyə yaradıldı

2023-cü ilin yanvarında Aİ sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaradıb. İki illik monitorinq missiyası Ermənistanda sərhəddə patrul xidməti həyata keçirir. Dekabrda missiya üzvlərinin sayı 138-dən 209 nəfərə artırılıb.

Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının "özbaşına" genişləndirilməsi adlandırıb.

Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG