Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:39

Strasburq Bakıdan erməni əsirlərlə bağlı məlumat istəyir


Müharibədən sonra saxlanmış ermənilərlə bağlı iki fərqli mövqe
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Müharibədən sonra saxlanmış ermənilərlə bağlı iki fərqli mövqe

Avropa İnsan Hüquqları Məhkəməsindən (AİHM)AzadlıqRadiosu-na bildirildiyinə görə, əsir götürülmüş erməni hərbi qulluqçular barədə məlumat təqdim etmək üçün Bakıya verilən vaxt dekabrın 6-dək uzadılıb.

***

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) rəsmi Bakıya noyabrın 16-da Ermənistanın sərhədyanı Sünik vilayəti zonasında gedən döyüşlər zamanı əsir götürülmüş erməni hərbi qulluqçular barədə məlumat təqdim etməsi üçün dekabrın 1-dək vaxt verib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bir neçə gün əvvəl Azərbaycan tərəfi əsirlərdən birini qaytarıb, lakin “erməni tərəfinin şübhələrinə görə qanlı döyüşlərdə daha 31 erməni hərbçi əsir düşüb”.

Bu barədə Strasburq məhkəməsinə müraciəti Ermənistanın AİHM-dəki nümayəndəliyi və insan haqları müdafiəçiləri Siranuyş SaakyanArtak Zeynalyan vermişdilər.

Onlar rica edirdilər ki, əsir düşənlər barədə tez bir zamanda informasiya əldə olunsun.

Ermənistanın AİHM-dəki nümayəndəsinin sözlərinə görə Azərbaycan əsirlər barədə tam məlumat verdikdən sonra məhkəmə onların hüquqlarının müdafiəsi üçün aralıq tədbir barədə qərar verəcək.

Əsir düşən erməni hərbçilərin həyat yoldaşları: 'Onları döyüb o sözü deməyə məcbur edirlər'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Liparit Drmeyan bundan əvvəlki təcrübəsindən çıxış edərək bildirib ki, Azərbaycan ya Strasburq məhkəməsinə cavab verməyəcək, ya da məlumat verilməsi üçün daha çox vaxt istəyəcək:

“İndiki mərhələdə məhkəmə həmin şəxslər barədə məlumat istəyib: onlar hansı şəraitdə saxlanırlar, səhhətləri necədir və sair. Bu informasiyanı aldıqdan sonra məhkəmə hansı tədbirlərin görülməsi və Azərbaycana hansı təlimatların verilməsini qərarlaşdıracaq”.

Azatutyun yazır ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında onda olan, lakin yoxlanmamış informasiyaya əsasən 32 erməni hərbçinin əsir düşdüyünü bildirmişdi.

Liparit Drmeyan deyib ki, əsirlərdən birinin qaytarılmasına görə indi AİHM qalan 31 nəfərin taleyi ilə maraqlanacaq.

Söhbət Ermənistanın bildiyi informasiyadan gedir

Drmeyan deyib ki, hər hansı şəxs haqqında konkret informasiyanı həmin şəxsi nəzarətdə saxlayan tərəf verə bilər.

O əlavə edib ki, hələlik söhbət Ermənistanın bildiyi informasiyadan gedir.

Metyu Brayza Soçi görüşünün dövlət sərhədlərində sakitlik yarada biləcəyini deyir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

İnsan haqları müdafiəçisi Artak Zeynalyan rəsmi Bakıdan adlarını təqdim etdikləri 4 şəxs barədə bu məlumatların istəndiyini deyib:

“Bu adamlar əsir düşüblərmi? Onlar hansı şəraitdə saxlanırlar? Onlar tibbi müayinədən keçiriliblərmi və onlara xidmət olunurmu? Bu suallara cavabları isə Avropa Məhkəməsinə sənədləşdirilmiş şəkildə təqdim etmək zəruridir”.

Zeynalyan deyib ki, internetdə yayılan videolardan 27 hərbi əsirin kimliyi müəyyən edilib.

O bildirib ki, AİHM-dən bu şəxslərin yaşamaq hüququnun təmin olunması rica edilib.

Zeynalyanın sözlərinə görə söhbət habelə onların Ermənistana qaytarılmasından gedir:

“Biz əsaslandırmışıq ki, onların Azərbaycan hakimiyyətinin yurisdiksiyası altında olmaları erməni olduqlarına görə həyatlarını təhlükədə qoyur”.

Azərbaycan Ermənistandan səslənən iddialarla bağlı hələki heç bir rəsmi açıqlama verməyib.

42 gün Hadrutda gizlənəndən sonra Azərbaycan ordusuna əsir düşən Araik
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Qırmızı Xaç rəsmisi nə deyir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan üzrə sözçüsü Zara Amatuni deyir ki, sözügedən əsirlərlə hələ ki görüşmək mümkün olmayıb, bu istiqamətdə hazırda danışıqlar aparılır:

“Kəmiyyətlə bağlı məsələyə gəlincə isə, söhbətin neçə nəfər əsirdən getdiyi barədə məlumatı, hələ ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi açıqlamır. Bizim hər iki münaqişə tərəfi ilə danışıqlarımız gizli aparılır. Hələ ki, öz mandatımız daxilində əsirlərə baş çəkə, onlarla şəxsən görüşə bilməmişik. Bu görüş olmayınca, biz öz tərəfimizdən heç bir məlumatı nə inkar, nə də təsdiq edə bilərik. Yalnız görüşdən sonra ənənəvi olaraq verdiyimiz məlumatları yaymağımız mümkün olacaq".

Azərbaycan noyabrın 26-da iki nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir.

10 gün əvvəl isə iki ölkənin sərhədində baş verən toqquşmalarda 10-dan çox Ermənistan hərbi qulluqçusunun əsir götürüldüyü açıqlanmışdı.

Azərbaycan isə həmin döyüşlərdə 7 hərbi qulluqçusunun həlak olduğunu, 10-nun isə yaralandığını bildirib.

Ermənistan tərəfdən də ölən və yaralananlar olub. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırıblar.

XS
SM
MD
LG