Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:30
Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir

Siyəzəndə saqqallıları tuturlar - [Video]

Yanvarın 13-dən fərqli olaraq bu gün Siyəzən rayonunda sakitlikdir, meydan boşaldılıb.

Yanvarın 12-dən başlayaraq Azərbaycanın bir neçə rayonunda, Ağcabədi, Lənkəran, Siyazəndə bahalaşma və işsizliyə etiraz aksiyaları keçirilir. Siyəzən rayonunda aksiya yanvarın 13-də də davam edir, polis aksiyanı gözyaşardan qazla dağıtmağa çalışır.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:02 13.1.2016

Siyəzəndə 2 nəfər saxlanıb

Siyəzəndə nisbi sakitlik bərpa edilir. Rayon İcra Hakimiyyətinin qarşısında hökümət qüvvələri toplaşıb, baxış keçirirlər. Əhali kənar küçələrdə gözə dəyir. Polis 2 nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirdilər ki, baş verənlərlə bağlı rəsmi məlumat yayacaqlar.

Siyəzəndə aksiyadan sonrakı durum
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

15:05 13.1.2016

Lənkəranda saxlananlar məhkəməyə aparılır

Yanvarın 12-də saxlanan AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənli və Müsavat Partiyasının yerli təşkilatının sədri İman Əliyev məhkəməyə aparılıblar.

Bu barədə AzadlıqRadiosuna tutulanların yaxınları məlumat verib. Məlumatda həmçinin qeyd edilir ki, Lənkəran rayon Məhkəməsində onlar İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə, yəni qanunsuz kütləvi aksiya keçirməkdə ittiham edilirlər.

Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhər sakinləri Bakı-Astara yolunu bağlayaraq qiymətlərin qalxmasına etirazlarını bildirmişdilər. Aksiya iştirakçıları ilə rayon rəsmilərinin danışıqlarından sonra yol açılmışdı.

15:26 13.1.2016

Füzulidə etirazlar - Video

Yanvarın 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində də bahalaşma və işsizliyə etiraz olaraq aksiya keçirilib. Videonu təqdim edirik (MeydanTV)

15:32 13.1.2016

Arif Hacılını "Bandotdel"ə çağırdılar

Arif Hacılı
Arif Hacılı

Yanvarın 13-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan Müsavat başqanı Arif Hacılı artıq oranı tərk edib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən başqan müavini Elman Fəttah deyir ki, partiya yaxın vaxtda bununla bağlı rəsmi məlumat yayacaq:

“Bu gün saat 1-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri qərargaha gəlib idarə rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşmək istədiyini bildirdi. Rəisin başqanla hansı məsələni müzakirə etmək istədiyi barədə isə əlavə məlumat verilmədi”.

Məsələnin bölgələrdə baş qaldıran etirazlarla bağlı olub-olmadığı hələ ki bilinmir. Bəzi rayonlarda polis etirazlarla bağlı müxalifətçiləri də saxlayıb.

Davamı

XS
SM
MD
LG