Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:40

Fəhlələr yenidən etiraz edir [Video və fotolar]


“Bizə maaş söz verən gəlsin bura”
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

“Bizə maaş söz verən gəlsin bura”

.

“AzərİnşaatSevris”dən maaşlarını ala bilməyən fəhlələr yenidən etiraz aksiyası keçirir. Onlara noyabrın 3-də maaşlarının veriləcəyi vəd olunmuşdu. Maaşlarını ala bilməyən fəhlələr noyabrın 4-də yenidən AzərİnşaatServisin qarşısına toplaşıblar. Onlar 5 aydır ödənməyən maaşlarını tələb edirlər.

Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Fəhlələlər bildirirlər ki, şirkət ümumilikdə, 1 100 nəfərin 3,5 milyon manat maaşını ödəmir.

Ötən aksiyalarında fəhlələr Prezident Administrasiyasının qarşısına yürüş etmək istəyirdi. Polis onları yarı yoldan geri qayıdıb.

“Azərinşaat”ın maliyyə şöbəsinin müdiri Zaur İsmayılov “Azəryolservis”də görüş keçirildiyini və işçilərin əmək haqlarının tez bir zamanda verilməsinə çalışıldığını deyir:

“Söz verilmişdi ki, 2-ci və ya 3-cü günə kimi maaşlar veriləcək. Amma deyim ki, bu məsələ tək qurumdan qaynaqlanan məsələ deyil. Amma çalışırlar əməkhaqqı verilsin”.

Bakı-Şamaxı və Masallı-Astara avtomobil yollarının tikintisində işləyən fəhlələr deyirlər ki, 5 aydır maaşlarını ala bilmirlər.

Bakı-Şamaxı-Muğanlı yoluna Dünya Bankı 37 milyon 500 min manat ayırıb.

Masallı-Astara avtomobil yolunun 22-ci kilometrliyinə qədər çəkilməsinə Asiya İnkişaf bankı 108 milyon manat ayırıb.

Hər iki layihənin sifarişçisi “Azəryolservis”dir. Qalib gələn şirkət "Azərinşaatservis"dir. Maaşını ala bilməyənlər sifarişçi təşkilatın qapısını döyür. "Azəryolservis"dən isə deyirlər ki, onlar vəsaiti icraçı şirkətin balansına keçiriblər. Əmək haqlarının ödənilməməsində onlarlıq bir məsələ yoxdur.

XS
SM
MD
LG