Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:34

İnsanları həbs, yoxsa işlə təmin etmək?


Üç uşağını tək böyüdən, qızının saçını hörən ata...
Gözlə

No media source currently available

0:00 0:06:41 0:00

Üç uşağını tək böyüdən, qızının saçını hörən ata...

Gələn ildən Azərbaycanda alimentlərin məbləği bir uşaq üçün 220 manatdan 235 manata qaldırılır.

"Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanununa əsasən, gələn il yaşayış minimumu 270, əməkqabiliyyətli əhalidə 287, pensiyaçılarda 222, uşaqlardan ötrü isə 235 manat müəyyən edilib. Bu da alimentlərin cəmi 15 manat artımı deməkdir.

Hazırda uşaq qidaları və geyimlərdə qiymət artımı ilə bağlı valideynlərdən tez-tez şikayətlər eşidilir. Ölkədə minimum əməkhaqqı isə 345 manatdır. Gələn il heç onun artımının nəzərdə tutulmadığı açıqlanıb.

Aliment borcuna görə minlərlə axtarışa verilən var

Daxili İşlər Nazirliyi az qala hər gün borca görə Azərbaycanda saxlananların olduğunu bildirir. Elə dünən, noyabrın 9-da axtarışda olanlardan 22 nəfərin saxlandığı, onların 10-nun borca görə axtarışa verildiyi bildirilir. Rəsmilər bu insanların çoxunun alimentə görə borclu olduğunu bildiriblər.

Aliment borcuna görə həbs olunan şəxslərin sayı ilə bağlı bu ilə aid hər hansı statistika, hələlik, açıqlanmayıb. Amma ötən ilin birinci yarısında aliment tələbinə dair icra sənədləri üzrə 5 minədək borclunun axtarışa verildiyi, mindən çoxu barəsində inzibati həbs qərarı çıxarıldığı bildirilir.

F.Mustafa
F.Mustafa

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a deyib ki, alimentlərin ödənilməsi çox vacib bir məsələdir: "Təbii ki, 15 manat böyük məbləğ kimi görünməsə də, aliment ödəyənlər üçün əhəmiyyətli bir məbləğdir".

Deputat vurğulayıb ki, bunu Aliment Fondunun yaradılması ilə kompensasiya etməyə çalışırdılar: "Çalışırdılar ki, kim aliment ödəmirsə, onun əvəzinə dövlət ödəsin, sonra da dövlət onlardan alsın. Bunun da böyük problemi var. Ona görə bu məsələ gündəmdə qalır".

F.Mustafanın sözlərinə görə, aliment ödəməyə məcbur etmək üçün insanların rifahını yaxşılaşdırmaq lazımdır: "Adamlar çalışaraq, yaxşı maaş alaraq bunu etməlidirlər".

"Aliment Fondu yaradılmalıdır"

Vəkil Rövşanə Rəhimova isə AzadlıqRadiosuna bildirib ki, bəzi hallarda aliment ödəməyən şəxsləri hətta cinayət məsuliyyətinə cəlb ediblər: "Adətən bir neçə dəfə inzibati tənbeh tətbiq olunur, sonra isə Cinayət Məcəlləsinin 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə həmin şəxslərə cinayət işi açılır".

Həmin maddə üzrə şəxsə 3 ilə qədər həbs cəzası verilə bilər.

Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Ekspertin fikrincə, bu problemi həll etmək üçün ölkədə Aliment Fondu yaradılmalıdır: "Buna ehtiyac var. Ən azından uşaqların üstün mənafelərini nəzərə alaraq bu addım atılmalıdır. Elə adamlar var ki, illərlə aliment ödəmədiklərinə görə inzibati tənbeh tətbiq olunsa da, onlar cinayət məsuliyyətinə cəlb olunsa da, yenə də aliment ödəmirlər".

"Hansı ağlı başında olan ata…"

Vəkil qeyd edib ki, çoxusu bunu işsizliklə əlaqələndirir: "Rəsmi iş yeri olanda icra məmuru qətnaməni icrası üçün adamın iş yerinə göndərir və onun maaşının 70 faizə qədəri aliment pulu tutulur. Amma rəsmi iş yeri olmayanda artıq problem yaşanır. Hesab edirəm ki, işi olmayan və aliment ödəməli olan şəxslər dövlət tərəfindən işlə təmin edilməlidir".

Aliment borcuna görə bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilən bir ata isə mövzu ilə bağlı Azadlıq Radiosuna deyib: "Hansı ağlı başında olan ata işləsə, yaxşı maaş alsa, balasından alimenti əsirgəyər? Ağlı başında olan heç bir valideyn də ailəsini dağıtmaq istəməz. Problemlər bizə istədiyimiz kimi yaşamağa qoymur…".

XS
SM
MD
LG