Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə


Foto arxiv. Avropa Parlamentinin binası
Foto arxiv. Avropa Parlamentinin binası

►"İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları araşdırılsın!"

Siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya məsələsinə baxılsın!

Avropa Parlamenti jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərini dərhal və heç bir şərtsiz azad etməyə çağıran qətnamə qəbul edib.

Buna da bax: "Ağacları rəngləmək bizim nəyimizə lazımdı?"

Sentyabrın 10-da qəbul edilmiş qətnamənin ingilis dilində tam mətni bu keçiddən al.

Sənəddə "Bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Xədicə İsmayılova, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Vicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına çağırılır."

Xədicə İsmayılın araşdırmaları və həbsi barədə hər şey burda

​Qətnamə Avropa Birliyi rəhbərliyini jurnalist Xədicə İsmayılın araşdırmalarında qeyd edilmiş prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırır.

Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.

Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.

Buna da bax: "Siçovullarla baş-başa qalmışam..."

"ADEKVAT CAVAB VERİLƏCƏK"

Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fuad Muradov Modern.az saytına açıqlamasında qətnamə ilə tanış olduğunu deyib və qeyd edib ki, bu, Avropa Parlamentinin növbəti qərəzli yanaşmasıdır, quruma adekvat cavab veriləcək:

Fuad Muradov
Fuad Muradov

“Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz odur ki, ermənilər cəbhə xəttində provakasiya ilə məşğuldur, Azərbaycan təbii ki onlara adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz”.

Buna da bax: "Pşa Pşayeviç" deyən aktyor "çuxdandı gürsənmir" [Video]

"TƏXRİBATÇI ADDIM"​

Azərbaycanın Avropa Birliyi ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Birliyin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardla görüşüb.

Ş. Mustafayev iqtisadi məsələlərin müzakirəsi ilə yanaşı təəssüflə qeyd edib ki, əməkdaşlığa çox ciddi maneələr törədə biləcək məqamlar var:

Şahin Mustafayev
Şahin Mustafayev

"Avropa İttifaqı Parlamentinin bu gün qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı olmaqla, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb və Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq".

Həmçinin oxu: Prosineckini Xorvatiyada görmək istəyirlər

"QƏTNAMƏ BAKIDA YAZILIB"

Milli Məclisin üzvü Zahid Oruc düşünür ki, qətnamə əslində Bakıda yazılıb:

“Bu, o ölkələrin buradakı səfirliklərində çalışanların ötən dövr ərzində müxalif partiyalara hər gün göndərilən təlimatların, tezislərin, qəzetlərdəki “vur!” əmrinin, kəşfiyyat və şipyonaj məlumatlarının bu dəfə Avropa Parlamentinə göndərilib, ordan oxunmasıdır. Çünki orada elə daxili məsələlərdən bəhs olunur ki, bunu ölkə içərisində siyasi müşahidələr aparmayan və yaxud da kəşfiyyat məlumatları olmayan bilməz".

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc APA-ya onu da bildirib ki, bu kimi sənədlər ölkənin bəlli siyasi kursundan çəkindirə bilməz.

Jurnalist Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub, bu il sentyabrın 1-də 7 il yarım azadlıqdan məhrum edilib.

O vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, qanunsuz sahibkarlıq və mənimsəmədə təqsirli bilinib.

Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG