Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:45

Anar Məmmədlinin səhhətində problemlər yaranıb


Anar Məmmədli
Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin səhhətində ciddi problemlər yaranıb.

Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil iyulun 9-da 1 saylı Bakı İstintaq Təcridxanasında Anar Məmmədli ilə görüşüb. A.Məmmədli tibbi müayinəyə ehtiyacı olduğunu deyib.

Vəkil tibbi müayinə ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etdiyini, cavab almadığını bildirib.

E.Sadıqovun sözlərinə görə, həbsindən sonra A. Məmmədli barəsində heç bir istintaq hərəkəti aparılmır.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Anar Məmmədli aprelin 30-da həbs olunub. Ona qarşı AR CM-in 206.3.2-ci maddəsi ilə (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. A.Məmmədli özünü təqsirli bilmir və həbsini fəaliyyəti ilə əlaqələndirir.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal həbs edilib.

Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə bildirir ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.

XS
SM
MD
LG