Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:42

Getdilər yarmarka "iyinə", gördülər... [Fotolar]


►Ağdam İcra hakimiyyəti yarmarkanın yaxın günlərdə keçiriləcəyini bildirir...

Fevralın 15-də Ağdam rayon məşğulluq idarəsinin planlaşdırdığı əmək yarmarkasının təxirə salınması rayonda gərginliyə səbəb olub.

Bu haqda AzadlıqRadiosuna yarmarkaya qatılan yerli sakinlər məlumat veriblər.

Adının çəkilməsini istəməyən sakinlərdən biri deyib ki, yarmarkanın elanı bir həftə əvvəl verilib. İş axtaranlar həvəslə elanda göstərilən tarixdə yarmarkanın keçiriləcəyi idman kompleksinin qarşısına toplaşsalar da əmək yarmarkası baş tutmayıb.

Sakinin bildirdiyinə görə, təşkilatçılar gələnlərin sayının gözlənildiyindən çox olması səbəbindən yarmarkanı təxirə salıblar. Bununla bağlı kompleksin qapısına tələm-tələsik elan yapışdırıblar.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Buna etiraz edən rayon sakinləri əvvəlcə idman kompleksindən rayonun Sosial Müdafiə Fonduna yürüş ediblər. Orada onları dinləyən tapılmadığından bu dəfə icra hakimiyyətinin binasına doğru yürüyüblər.

İcra hakimiyyəti təmsilçiləri sakinlərə başçının yerində olmadığını, onunla müzakirə edib yarmarkanın fevralın 16-da, əgər alınmazsa, yaxın günlərdə təşkil ediləcəyini bildiriblər.

Ağdam rayon İcra Hakimiyyətinin qəbul şöbəsindən AzadlıqRadiosuna yarmarkanın hazırlıq işləri tam yekunlaşmadığından əvvəlcədən təxirə salındığını bildiriblər:

“Yarmarka əvvəlcədən təxirə salınmışdı. Bu haqda elan da verilmişdi. Hazırlıq işləri başa çatdıqdan sonra əmək yarmarkasının tarixini müəyyən edib vətəndaşlara məlumat verəcəyik” - deyə qəbul şöbəsindən bildirblər.

Fevralın 5-də oxşar olay Gəncə şəhərində yaşanmışdı. Gəncədəki əmək yarmarkasına polis qüvvələri müdaxilə etmişdi. İş axtaranların sayının çoxluğu səbəbindən əmək yarmarkası ləğv olunmuşdu.

XS
SM
MD
LG