Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:30

Sement və armatur anbarda qalır?


İllüstrasiya
İllüstrasiya

►Kim ildə nə qədər istehsal etdiyini açıqlamır

İqtisadi geriləmə tikinti sektorundakı istehsal müəssisələrini də çətin duruma salıb

İqtisadi geriləmə istehsal sektorunu çətin duruma salıb. Bu, tikinti materialları istehsal edən müəssisələrin timsalında xüsusilə aydın gözə çarpır.

Anbarlarda 61 min ton sement və azı, 7 min ton armatur yığılıb

Yanvarda Azərbaycanda istehsal olunan 101 min ton sementin 40 min tonu bazara çıxarılıb, qalanı fevralın 1-dək anbarlarda qalaqlanıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatından belə çıxır.

Metallurgiya müəssisələrinin yaydığı 15,3 min ton tikinti armaturunun da yarısı yanvar ayında satılıb, yarıya yaxını da (7,1 min ton) fevralın əvvəlinə anbarlarda qalıb.

Ümumiyyətlə, yanvarda bir il əvvəllə müqayisədə tikinti materialları istehsalında 53,6 faiz geriləmə var.

Gürcüstana 91 min ton sement xammalı göndərilib

Ötən il sement istehsalçıları üçün sınaq ili sayıla bilər. Onlar bazarın daralması və xaricdən idxalın mövcudluğu şəraitində təxminən 3 milyon ton məhsul hazırlayaraq, 2,4 faizlik artıma nail olublar. Hətta qərb bölgəsindəki sement zavodu ölkə tarixində ilk dəfə Gürcüstana 91 min ton sement xammalı (klinker) ixrac edib.

2014-cü ildə sement və klinker idxalı üçün ölkə xaricinə 106 milyon dollardan çox valyuta axmışdısa, ötən il bu rəqəm 3 dəfədən çox azalaraq, 29 milyon 400 min dollara enib.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan klinkerini xaricə, orta hesabla, tonu 43 dollardan göndərilir. İran kinkeri bundan təqribən iki dəfə ucuz (24 dollar 10 sent) gətirilir. Klinkeri öz sement sobası olmayan zavodlar idxal edir.

Sement istehsalçıları illik istehsal göstəricilərini açıqlamırlar

Mütəxəssis hesablamalarına görə, ötən il yerli sementin bazardakı payı bir il əvvəllə müqayisədə 3 dəfə artaraq 92 faizə çatıb. Yanvarda bu meyl bir qədər də dərinləşib və ayboyu sement idxalı 1 milyon dollar azalıb.

İstehsal azalsa da, devalvasiya sementin də qiymətinə təsir göstərib. DSK-nın müşahidələrinə görə, təkcə dekabr-yanvar aylarında 50 kiloqramlıq sement kisəsi manatyarım bahalaşaraq 7 manat 70 qəpiyə satılıb.

Yerli bazarda sement istehsalçıları arasında rəqabət, əsasən, keyfiyyət seqmentindədir və qiymətlərdə ciddi fərq müşahidə olunmur.

Maraqlıdır ki, nə “Holcim” (Azərbaycan) ASC, nə “Norm” MMC, nə də “Qazax Sement Zavodu” MMC illik istehsal göstəricisini açıqlayır. Bu üzdən, bazara kimin nə qədər mal çıxardığı qaranlıq qalır.

Buna da bax...

Azərbaycan kəndlisi niyə varlana bilmir?
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

XS
SM
MD
LG