Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:25

Səməd Seyidov: '600 nəfərdən biri deyir ki, Azərbaycan pisdir...'


Səməd Seyidov.
Səməd Seyidov.

AŞPA-da korrupsiyanın araşdırılmasını tələb edən qətnamə layihəsi hazırlanıb. Layihə müəlliflərindən biri – danimarkalı deputat Pieter Omtzigt Azərbaycanın adını çəkir. Onun fikrincə, rüşvət məsələsi “tez və detallı” araşdırılmalıdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu haqda AzadlıqRadiosu-na danışıb:

Səməd Seyidov: 'Siz deyirsiz ki, Omtzigt Azərbaycan haqda mənfi yazıb. Bu onun öz işidir'
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00
Direct-ə keçid

– Korrupsiyanın araşdırılmasını biz də istəyirik, biz də bunu tərəfdarıyıq. Biz də bir neçə dəfə demişik ki, ermənilər Avropa Şurasında bu istiqamətdə çox ciddi mənfi işlər görüblər. Elə olmasaydı, bəzi ermənipərəst deputatlar sinələrini cırmazdılar.

Buna da bax:​ 'Azərbaycanla bağlı rüşvət məsələsi araşdırılsın'

– Danimarkalı deputat Pieter Omtzigt «The Guardian»a müsahibəsində deyib ki, Azərbaycandakı seçkilər haqda materiallar çox şübhəli olur, ona görə də rüşvət məsələsiylə bağlı tez və detallı tədqiqat aparılmalı və nəticələrin ictimaiyyətə açıqlanması təmin edilməli, həm də bu iş hansısa müstəqil quruma həvalə olunmalıdır.

– Deyib. Avropa Şurasının da 600 nəfər deputatı var. Bir deputat da deyib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpaqlarıdır. Onun sözlərini də deyin. Azərbaycanın hazırladığı yox, Ukrayna hazırladığı sənəddə Qarabağ Azərbaycan ərazisi kimi təqdim olunub, siz o sənədi yayın. Siz deyin ki, Azərbaycanda gedən proseslər tənqid edildiyi halda, müsbəti də göstərilib. Amma siz soruşursunuz ki, 600 nəfərdən biri deyir ki, Azərbaycan pisdir, buna münasibətiniz necədir? Belə olmaz, axı. Azərbaycan bu saat Avropa Şurasıyla, Avropa Birliyilə müsbət istiqamətdə addımlar atır, bütün məsələlər həllini tapır, konstruktiv danışıqlar başlayıb. Azərbaycanın ərazi bütövlüyü bütün sənədlərdə əksini tapır. Ancaq siz deyirsiz ki, Omtzigt Azərbaycan haqda mənfi yazıb. Bu onun öz işidir. Bu demokratiyadır. Siz də demokratiya tərəfdarısınız. 100 yox, 200 nəfər də Azərbaycanı tərifləyib, bunun haqqında danışın. Sözümün canı odur ki, yanvar sessiyasında ümumi şəkildə AŞPA deputatlarının davranış qaydaları ilə bağlı yazılı deklarasiya var, vəssalam, korrupsiya haqda başqa sənəd qəbul edilməyib. Belə bir deklarasiya isə yalnız ona imza atanlara aiddir, yəni onların mövqeyidir. Ayrı-ayrı adamların dediyini şərh etməyə isə mənim nə vaxtım, nə də həvəsim var.

Buna da bax: Avropalı deputatlar Azərbaycanla bağlı korrupsiya məsələsinə bir də qayıdacaqlar

– Səməd müəllim, Azərbaycanla bağlı ittihamlar tək deputatın dilindən səslənmir, bu məsələ beynəlxalq mətbuatda da müzakirə edilir. Azərbaycan bu məsələnin birdəfəlik nöqtələnməsi üçün korrupsiya ittihamlarının araşdırılmasını istəyə bilərmi və ya buna hansısa şəkildə cavab verəcəkmi?

– Azərbaycana qarşı mübarizədə müxtəlif metodlardan istifadə edilir. Bunlardan biri torpaqların işğalıdır, ikincisi qarayaxmadır. Üçüncüsü böhtandır. Bunlardan birini – torpağın işğalını yavaş-yavaş görməyə başlayıblar. Sizi əmin edirəm ki, Azərbaycanla bağlı böhtan yayanlar da bu cür mübarizənin mümkün olmadığını görəcəklər. Başa düşəcəklər ki, belə mübarizə aparmaq olmaz. Bir də korrupsiya haqda danışanlar, ortaya konkret fakt qoysunlar. Hansısa ölkədə bu gün istintaq gedirsə, məhkəmə gedirsə, səbirli olun, məhkəmənin nəticəsini gözləyin.

Buna da bax: Səməd Seyidov: 'Çətindir, bəli! Problemlər var'

Avropa Şurasının Parlament Assambleyası keçmiş vitse-prezidenti – italiyalı siyasətçi Luca Volontè-nin Azərbaycan rəsmilərindən 2.4 milyon avro məbləğində rüşvət almaqda ittiham olunur. İttihamlara görə, L.Volontè Azərbaycan rəsmilərindən ölkədəki seçkilərin saxtalaşdırılmasına yardım etmək, siyasi məhbuslarla bağlı sənədlərin qəbuluna əngəl olmaq əvəzində rüşvət alıbmış.

XS
SM
MD
LG