Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

Asimptomatik yoluxmalar üçün təcrid müddəti azaldılır


Floridada test məntəqəsində növbə
Floridada test məntəqəsində növbə

Yeni tövsiyələr bir çoxlarının işə daha tez qayıtmasına yol açır

Birləşmiş Ştatlar COVID-19-a asimptomatik yoluxmalar üçün tövsiyə olunan təcrid günlərinin sayını 10-dan 5-ə salıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) dekabrın 27-də bildirməsinə görə, beşgünlük təcriddən sonra başqalarının yanında beş gün maska taxmaq lazım gələcək.

İşçi çatışmazlığı

Yeni tövsiyələr məcburi olmasa da, ABŞ-da şirkətlər və siyasətçilər adətən onlara əməl edir.

Bu arada omicron ştammına yoluxmaların artması ölkədə işçi çatışmazlığı, hava şirkətləri və digər xidmətlərdə pozuntulara səbəb olub. Yeni tövsiyələr isə bir çoxlarının işə daha tez qayıtmasına yol açır.

“Omikron ştammı sürətlə yayılır və cəmiyyətin bütün aspektlərinə təsir göstərə bilər. Bu yeniləmələr adamların təhlükəsiz şəkildə gündəlik həyatlarına davam etməsini təmin edir”, – CDC direktoru Roçel Valenski deyib.

Buster doza

Qurum dəyişikliyə “elmin motivasiya verdiyini” bildirir. Belə ki, COVID-19-a yoluxmalar simptomlar üzə çıxandan 1-2 gün öncədən başlayır, 2-3 sonrayadək davam edir.

CDC peyvənd olunmayan, yaxud buster doza vurdurmayan xəstələr üçün tövsiyələri də dəyişib. Onların beş gün karantində qalması, daha beş gün isə sərt maska taxmaq qaydasına əməl etməsi tələb olunur.

Buster doza vurduranların karantində qalmasına ehtiyac yoxdur, amma 10 gün maska taxmalıdırlar.

Yeni tövsiyə Cənubi Afrika və Böyük Britaniyadan əldə olunmuş dataya əsaslanır. Həmin dataya görə, Pfizer/BioNtech və Moderna kimi mRNA vaksinlərinin iki dozası omikrona cəmi 35 faiz təsir göstərir. Buster dozalar isə effekti 75 faizə qədər yüksəldir.

Ortalama 243 min yoluxma

CDC bildirir ki, vaksinlərin omikrona qarşı təsirinin daha az olmasına baxmayaraq, COVID-19 vaksinləri xəstəliyin ağırlaşması, hospitalizasiya, yaxud ölüm riskini azaldır.

Omikron hazırda Birləşmiş Ştatlarda dominant ştammdır. Son iki həftədə yoluxmalar iki dəfə artaraq yeddi gün üzrə ortalama 243 minə çatıb.

Prezident Co Bayden dekabrın 27-də deyib ki, omikron yoluxmalarda görünməmiş artıma səbəb olur, amma ölkə buna hazırdır.

“Omikron narahatlığa səbəb verir, panikaya yox. Adamların sağ qalmasının, məktəb və şirkətlərinin açıq saxlanmasının yolunu bilirik”, – Bayden bildirib.

XS
SM
MD
LG