Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

AŞPA önündə aksiya [video]


Starsburqda siyasi məhbuslara azadlıq aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Starsburqda siyasi məhbuslara azadlıq aksiyası

-

İyunun 21-də Strasburqda bir qrup hüquq müdafiəçisi, azərbaycanlı mühacirlər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçirilən binanın qarşısında aksiya keçiriblər.

İştirakçılar əsasən Respublikaçı Alternativ (REAL) Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı şüarlar səsləndiriblər.

İştirakçıların əyinlərində İ.Məmmədovun şəkli olan köynəklər olub.

Aksiyaya qatılanlar eləcə də «vicdan məhbusları» elan edilən gənc fəallar Qiyas İbrahimovun, Bayram Məmmədovun, ilahiyyatçı Taleh Bağırzadənin azad olunmasını tələb ediblər.

Etiraz aksiyasına ötən ay Rusiyanın öz ölkəsinə verdiyi ukraynalı pilot Nadia Savchenko da qatılıb. O öz çıxışında deyib ki, inkişaf etmiş ölkələrdə insanları siyasi əqidəsinə, baxışlarına görə həbs etmirlər, orda «siyasi məhbus»lar yoxdur.

«Biz çalışmalıyıq ki, bizim ölkələrimizdə də belə olsun», - Savchenko deyib.

Bu il prezidentin əfv fərmanı və bir sıra məhkəmə qərarları ilə Azərbaycanda siyasi məhbus sayılan 17 nəfər azadlığa çıxıb. Ancaq hüquq müdafiə təşkilatları bildirir ki, hazırda Azərbaycan həbsxanalarında, hələ də, 80-dən çox siyasi məhbus var.

Onlardan biri də REAL Hərəkatının sədri İlqar Məmmədovdur. Baxmayaraq ki, hələ ötən il Avropa İnsan Hüquqları Məhkəməsi onun azadlığa çıxması ilə bağlı qərar verib. Avropa Şurasının Nazirlər Komitəsi isə dəfələrlə onun sərbəst buraxılmasını tələb edib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmır.

XS
SM
MD
LG