Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:47

Astarada satıcı : 'Elə adam var, soğanı, kartofu dənə-dənə alır'


Arxiv foto
Arxiv foto

İranla sərhəddə sakitlikdir...

Astara gömrük-keçid məntəqəsinin önündə sakitlikdir. Heç kim gözə dəymir. Piyada keçiddə hərəkət dayanıb. Mağazalar bağlıdır.

Yük maşınları isə İrana işləyir. Əvvəlki kimi maşın növbəsi yoxdur. İrana işləyən əsasən, Azərbaycana məxsus yük maşınlardır. Yük maşınları İrana gedəndə də, geri dönəndə də dezinfeksiya edilir. Sürüclər yoxlanılır.

Astara şəhərində

Astara, aprel 2020
Astara, aprel 2020

Astara şəhərinin küçələrində də az adam gözə dəyir. İctimai nəqliyyat işləmir. Şəhər sakini Zabir Ağyev apteklərdə tibbi maskanın olmamsından şikayyət edir:

“Aptekləri gəzmişəm. Bir ədədini əldə etmişəm. Tibbi maska yoxdur. Ona görə adamların çoxu tibbi maska taxmır.”

Apteklərin birindən tibbi maska soruşduq. Bizə bildirdilər ki, maska az gəlir, tez də qurtarır. Beş aptekin birində spirt var idi.

Rayonun mərkəzi bazarı da bağlıdır. Yol kənarında balıq satan qadın deyir ki, satış üçün yer yoxdur:

“Yol kənarında da balıq satmağa qoymurlar. Balıq var.”

Velosipedlə süd satan cavan oğlan gileylənir:

“Südü bazarda satırdıq.Yer olmadığı üçün velosipedlə gəzdirirəm. Hökmətdən razıyam. Xəstəliklə bağlı görülən işlər, qadağalar lazımdır. Amma satış yeri olmalıdır.”

“Qazanc yoxdur”

Astara şəhər sakini Asən Həşimli yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edir:

“Əhalinin sağlamlığı vacibdir. Görülən işləri mən də dəstəkləyirəm. Rayonda günəmuzd işləyənlər çoxdur. Gündəlik qazanca baxırıq. O yeri də bağladılar. Qazanc yoxdur. Nə olacaq, bilmirəm? ”

Super maraketdən un soruşuruq, deyirlər ki,un daha gəlmir

Un kisələri, arxiv foto
Un kisələri, arxiv foto

“Un istəyən sahibkarlar özləri dəyirmana gedirlər. Bizim buna ehtiyacımız yoxdur.”, deyə bildirirlər. Maraketdə bir çox məhsulların qiymətlərində enmə var.

Un satışı ilə məşğul olan sahibkarın dediynə görə, daha 10,25 kiloqramlıq un kisəsi gəlmir:

“Əhali daha çox onlardan alırdı. İndi 45,50 kiloqramlıq un kisələri gəlir. Əvvəllər dəyirmanlar özləri unu mağazalara verərdilər. İndi özümüz un üçün Xırdalana maşın göndəririk. Maşın orda növbəyə dayanır. Unun qiymətində dəyişiklik yoxdur. 25 kilorqramlıq un kisəsi 13 manat 50 qəpiyə satılır. Bizə deyirlər ki, bahalaşma olacaq.”

“Soğan vər kartof bahalaşıb”

Soğan yığımı, arxiv foto
Soğan yığımı, arxiv foto

Kənd təsərrüfatl məsulları satan satıcı soğanın və kartofun qimyətində bahalaşma olduğunu bildirdi:

“Adətən ilin bu vaxtında bu məhsullar azalır, qiymətləri qalxır. Ağ soğanın bir kiloqramı 1 manat 50 qəpiyədir. Yerli soğan isə 3 manatadır. Sarımsağ da ötən ilə nisbətən bahadır. Alıcı azdır. Adamların alıcılıq qabiliyyəti aşağı düşüb. Elə adam var, soğanı, kartofu dənə-dənə alır. Camaat ən çox un alır. İlin bu vaxtında cücə dəninə ehtiyac artardı. İndi o hiss olunmur. Rusiya kartofudur, İran kartofu da var. Toxumluq kartof da alan azdır.”

Küçələrdə polislər, daxili qoşunların əsgərləri durublar. Onlar yoldan keçənlərə məsləhətlər verir, qaydalara əml edilməsi bardə xəbərdalıq edirlər. Yolda polis maşınları hərəkət edir. Səsgücləndirici vasitəsi ilə məlumatlar verir, insanlara evdə qalmağı tövsiyə edirlər.

Çox yerdə adamları narahat gördük. Adamlar danışırdılar ki, Astara rayonunun Ərçivan qəsəbəsində yeni koronavirusa yoluxanlar aşkarlanıb. Amma Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayev rayon ərazisində virusa yoluxma halının olmadığını bildirir. Ərçivan qəsəbəsində ərazi icra nümayəndəsi Cəbrayil Salmanov da deyilənlərin əsası olmadığını söyləyir.

Rəsmilər iddia edirlər ki, yaxın günlərdə tibbi maska qıtlığı aradan qalxacaq. Verilən məlumatlara görə, yaxın günlərdə Sumqayıtda maska istehsal edəm müəssisə işə düşəcək.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 60 min civarında şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Bir çox ölkələr arasında gediş-gəliş dayandırılıb. Azərbaycanla da İran arasında sərhəd məhdudlaşdırıcı qaydada fevralın 29-dan bağlanıb.

Üstəlik, martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmalıdır. Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

İndiyə qədər Azərbaycanda 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.

XS
SM
MD
LG