Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

«AtaHolding» kölgəyə çəkilir


Prezident İlham Əliyevin övladları - soldan - Heydər, Leyla və Arzu
Prezident İlham Əliyevin övladları - soldan - Heydər, Leyla və Arzu

►Bu holdinq MMC-yə çevrilir və tək deyil...

“AtaHolding” Açıq Səhmdar Cəmiyyəti (ASC) yanvarın 6-da təşkilati-hüquqi formasının dəyişməsinə, yəni ASC-dən məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinə dair səhmdarlarının qərarını açıqlayıb. Bu, sözügedən holdinqin fond bazarından çıxması deməkdir.

Mətbuatda dərc olunmuş bildirişdə deyilir ki, qərarla əlaqədar holdinqin 62 milyon 672 min 500 səhmi dövriyyədən çıxarılaraq ləğv edilir.

“Synergy Group” da fevralın 1-də eyni addımı atmağa hazırlaşır

Baş ofisi “Yeni Həyat” Biznes Mərkəzində yerləşən digər holdinq – “Synergy Group” ASC də eyni addımı atmağa hazırlaşır: fevralın 1-də şirkət səhmdarları MMC-yə çevrilmə barədə qərar verəcək.

Bu holdinqləri ASC-dən MMC-yə keçməyə sövq edən səbəblər haqqında məlumat verilmir. Hər iki qurum nizamnamə kapitalını Bakı Fond Birjası vasitəsilə dəfələrlə artırıb və yeni səhmləri kənar şəxslər deyil, elə mövcud səhmdarlar alıblar.

Ötən ilin iyulunda Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında Qanun” qəbul edilib. Mülki Məcəllədə səhmdar cəmiyyətlərin işinin təşkili ilə bağlı bir sıra tələblər də sərtləşdirilib. İndən belə ASC-lər məcburi müstəqil auditdən keçməli, maliyyə və başqa hesabatlarını mediada açıqlamalıdır. MMC-lərin idarəetməsi ilə bağlı tələblərsə nisbətən yumşaqdır.

Buna da bax: Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər

Hər iki holdinq zərərlə işləyib

Hesabatlara görə, “AtaHolding” ASC 2014-cü ili 2 milyon 229,8 min manat, “Synergy Group” ASC isə 66 milyon 563,1 min manat zərərlə başa vurub.

Hər iki holdinq ayrı-ayrılıqda 25-dək şirkətdə pay sahibidir. Bu şirkətlərin bir çoxu təmsil olunduğu sektorda lider mövqeyə yiyələnib. “AtaHolding” ASC-nin 2015-ci ilin yanvarın əvvəlinə yığılan zərərləri 37,6 milyon, “Synergy Group” ASC-nin zərərləri isə 69,5 milyon manatı aşıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzində, Azərbaycan Fond Bazarı iştirakçılarının Assosiasiyasında ölkənin nüfuzlu və aparıcı holdinqinin sözügedən qərarını AzadlıqRadiosuna şərh etməyiblər.

Kiçik investorlar bunu fond bazarına təhdid sayırlar

Bir neçə açıq səhmdar cəmiyyətdə kiçik səhm sahibi olan Vüqar İsmaylov AzadlıqRadiosuna deyib ki, “AtaHolding” ASC-nin MMC-yə çevrilməsi qiymətli kağızlar bazarına heç də müsbət siqnal vermir:

“Səhmdarı olduğum bəzi səhmdar şirkətləri bir çox hüquqlarımı pozur. AtaHolding-in bu addımından sonra onların da qeyri-şəffaf hüquqi rejimə keçəcəklərindən narahatam. Axı indi səhmlərimin qiymətinə az-çox nəzarət edə bilirəmsə də, MMC-nin payçısı olsam, hüquqularım məhdudlaşacaq”.

Buna da bax: İŞİD yaraqlıları hava zərbələrindən necə sağ çıxır

Son nəzarətçi 3-cü kurs tələbəsi Heydər Əliyevdir

Heydər Əliyev
Heydər Əliyev

“AtaHolding” ASC 2003-cü ildə qurulub. Onun səhmdarları Panamada və Seyşel adalarında qeydiyyatda olan “Hughson Management Inc.” (51%), “Asbet Limited” (25%) və “Clonmel International Inc.” (24%) şirkətləridir. Müstəqil “Deloitte & Touche LLC" audit şirkətinin hesabatına görə, holdinqə son nəzarəti “ADA” Universitetinin 3-cü kurs tələbəsi Heydər Ilham oğlu Əliyev gerçəkləşdirir.

Bu il yaradılışının 6-cı ilinə qədəm qoyan “Synergy Group” ASC-nin səhmlərinin 99%-i Əşrəf Kamilova məxsusdur. O, həm də “AtaHolding” ASC-nin Müşahidə Şurasının üzvü və “AtaHolding” ASC-nin payçısı olduğu “Bank VTB Azərbaycan” ASC-nin səhmdarıdır.

“AtaHolding” ASC-nin aktivləri 632 milyon, “Synergy Group” ASC-nin aktivləri isə 120 milyon manatdır.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin

XS
SM
MD
LG