Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

Atletlər işi: 'Rəis dedi sənlik iş yoxdur, boynuna götür, kreslom laxlamasın'


Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

«Azərbaycan birinci Avropa Oyunlarını o qədər yüksək səviyyədə keçirtdi ki, bunu hansı ölkənin davam etdirəcəyi hələ də bəlli deyil. Bu cür fors major hallar belə tədbirlərdə çox olur. Bizdə də bu hadisə oldu. Amma bu hadisənin baş verməsinə görə mən özümü təqsirli bilmirəm».

Bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Hüseyn Salamov məhkəmədə son sözündə deyib.

«PREZİDENTİ DƏSTƏKLƏYİRƏM»

«Azərbaycan birinci Avropa Oyunlarını o qədər yüksək səviyyədə keçirtdi ki, bunu hansı ölkənin davam etdirəcəyi hələ də bəlli deyil...»

Ötən ilin iyununda Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnmiş yol qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşır. Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən şəxslərə son söz verilib.

Buna da bax:​ Atletlər işi: 'Bunlar tam şişirdilmiş, qondarma ittihamlardır'

Qəzanı törədən avtobusun sürücüsü Vəli Əhmədovun son sözü qısa olub: «Vəkilimin dedikləri ilə razıyam. Peşmanam».

Qəzanı törədən avtobusun sürücüsü Vəli Əhmədov: «Vəkilimin dedikləri ilə razıyam. Peşmanam».

Vəkili müdafiə çıxışında Vəli Əhmədovun bir ildən artıq həbsdə saxlanıldığını vurğulayaraq, məhkəmədən bu müddətlə kifayətlənib, onun azadlığa buraxılmasını istəmişdi.

Digər təqsirləndirilən Hüseyn Salamov isə son sözündə məhkəmədən bəraət istəyib. 12 il dövlət qulluğunda işlədiyini deyən H.Salamov bu müddətdə dövlətə və dövlətçiliyə sadiq qaldığını vurğulayıb. Ardınca da prezidenti dəstəklədiyini bildirib, onun və xanımının idmana qayğısından danışıb: «Bu qayğının nəticəsi olaraq, ölkəmizdə möhtəşəm tədbirlər keçirilir. Mən özümü təqsirli bilmirəm. Azərbaycan hüquqi dövlətdi. Xahiş edirəm, himayəmdə iki azyaşlı uşağın olduğunu nəzərə alasınız. Mənim barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm».

Buna da bax:​ Avropa Oyunlarındakı qəzayla bağlı məhkəmədə MTN söhbəti

«İTTİHAM MƏNƏ AYDIN DEYİL»

«Çox təəssüf ki, prokuror mənə 5 il cəza istədi. Nəyə görə? Günahım nədi – bu günə qədər bilmirəm».

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Regional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorunun məsləhətçisi Fərid Əmiraslanov da məhkəmədən bəraət istəyib. O deyir ki, nəyə görə cinayət məsuliyyətinə cəlb olunduğu hələ də ona aydın deyil.

«Çox təəssüf ki, prokuror mənə 5 il cəza istədi. Nəyə görə? Günahım nədi – bu günə qədər bilmirəm. İttihamın mahiyyəti hələ də mənə aydın deyil. Xahiş edirəm, himayəmdə azyaşlı uşağın olmasını, dövlət qulluğunda çalışdığım müddətdə bircə töhmətimin belə olmamasını nəzərə alasınız. Xahiş edirəm, adıma ləkə gəlməsinə imkan verməyəsiz və barəmdə bəraət hökmü çıxarasız», – Fərid Əmiraslanov bildirib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin adları çəkilən əməkdaşları Vəli Əhmədovun adının Avropa Oyunlarında iştirak edəcək sürücülər siyahısına salınmasına imkan verməkdə günahlandırılır.

«AĞ KAĞIZA QOL ÇƏKDİRDİLƏR»

Polis: «İdarənin rəisi valideynlərimin yanında dedi ki, «sənlik nəsə yoxdur, boynuna götür, mənim kreslom laxlamasın»

Qəzanın görüntülərini yaymaqda təqsirləndirilən polis əməkdaşı, Nizami Rayon Polis Idarəsinin «Təhlükəsiz şəhər» xidmətinin operatoru olmuş Elçin Həsənov da məhkəmədən bəraət istəyib. O, son sözündə deyib ki, 8 il polis əməkdaşı kimi xidmət edib: «Mən Nizami Rayon Polis İdarəsində işləmişəm. O video mənim telefonumdan çıxmamışdan əvvəl sosial şəbəkələrdə yayılıb. İdarənin rəisi valideynlərimin yanında dedi ki, «sənlik nəsə yoxdur, boynuna götür, mənim kreslom laxlamasın». Mənə ağ kağıza qol çəkdirdilər. Mənim azyaşlı övladım var. Xahiş edirəm, bəraət hökmü çıxarasınız, qayıdım işimdə işləyim».

Buna da bax:​ Qəza videosunu yayan polisə 7 il iş istənildi

Məhkəmənin bu iş üzrə hökmü sentyabrın 19-da elan olunacaq.

Ötən ilin iyunun 11-də baş vermiş qəza nəticəsində Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyt xəsarət alıb.

Xatırladaq ki, ötən ilin iyunun 11-də baş vermiş qəza nəticəsində Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyt xəsarət alıb. Prokuror təqsirləndirilən dörd nəfərdən Vəli Əhmədova 3 il, Hüseyn Salamov və Elçin Həsənovun hər birinə 7 il, Fərid Əmiraslanova isə 5 il həbs cəzası istəyib. Həmçinin Vəli Əhmədov və Fərid Əmiraslanovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib. Qanunvericiliyə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə verilən cəza beş ilə qədər olduqda məntəqə tipli müəssisədə çəkilir.

Vəli Əhmədov CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), Elçin Həsənov və Hüseyn Salamov 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunur. Bu üç nəfərdən fərqli olaraq, barəsində həbs-qətimkan tədbiri seçilməyən Fərid Əmiraslanova isə CM-nin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan olunub.

XS
SM
MD
LG