Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Azadlıq Radiosunun Vergilər Nazirliyinə qarşı iddiasına baxılır


Adil İsmayılov
Adil İsmayılov

►Vəkil Adil İsmayılov: “Bu gün nə nümayəndəliyin möhürü var, nə də rəhbəri. Belə olan halda, Azərbaycan nümayəndəliyinin mənə etibarnamə verməsi mümkünsüzdür”

İyunun 23-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə başlayıb.

Məhkəmə iclasında nümayəndə qismində radionu vəkil Adil İsmayılov, Vergilər Nazirliyini isə Arzu Hüseynov təmsil edirdi.

“ETİBARNAMƏNİN VERİLMƏSİ MÜMKÜNSÜZDÜR”

Məhkəmə prosesinə sədrlik edən hakim Şərafət Məmmədova adları çəkilən şəxslərin həmin qurumları təmsil etmək səlahiyyəti olub-olmadığını dəqiqləşdirərkən bəlli olub ki, Adil İsmayılova etibarnamə “RFE/RL Inc.” şirkəti tərəfindən verilib. Həmin etibarnamə də iddiaya əlavə edilib.

Adil İsmayılov bildirib ki, prokurorluq əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunun ofisində axtarış apararkən bütün sənədləri, o cümlədən, möhürü də götürüblər və bu günə qədər də qaytarmayıblar:

"Faktiki, bu gün nə nümayəndəliyin möhürü var, nə də rəhbəri. Belə olan halda, Azərbaycan nümayəndəliyinin mənə etibarnamə verməsi mümkünsüzdür. Amma şirkətin verdiyi baş etibarnamədə mənə, hətta nümayəndəliyin rəhbəri kimi də çıxış etmək səlahiyyəti verilib".

Hakim isə qeyd edib ki, etibarnamədə Adil İsmayılovun konkret məhkəmədə cavabdeh və ya iddiaçı, onun nümayəndəsi qismində çıxış etməsi səlahiyyəti öz əksini tapmayıb.

____________________________________________________________

Bunlara da bax:
«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»
Abid Şrifov: 'Onlar guya tarixi abidədir'

____________________________________________________________

“NAZİRLİK CAVABDEH DEYİL”

Arzu Hüseynov isə Vergilər Nazirliyinin cavabdeh qismində tanınmasına etiraz edib.

Azadlıq Radiosunun Bakı bürosu
Azadlıq Radiosunun Bakı bürosu

O bildirib ki, AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyinin fəaliyyətinə dair yoxlama nəticəsində "Akt"ı Bakı şəhər Vergilər Departamenti tərtib edib:

"Vergilər Nazirliyinin bu iş üzrə inzibati aktı mövcud deyil".

Həm etibarnamə, həm də cavabdehlə bağlı məsələnin həlli üçün iddiaçı tərəfə vaxt verilib. Növbəti məhkəmə iclası iyunun 29-na təyin olunub.

AzadlıqRadiosu 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək aparılan yoxlama nəticəsində vergi orqanının tərtib etdiyi "Akt"ın ləğvini və həmin "Akt" əsasında çıxarılan qərarın etibarsız sayılmasını istəyir. “Akt”a əsasən, AzadlıqRadiosunun üzərinə 131 min 540 manat cərimə ödəmək öhdəliyi qoyulub. “Akt”da radionun mənfəət vergisi ödəməməsi, işçilərin XİN-də akkreditasiyadan keçməməsi və s. qanun pozuntusu kimi qiymətləndirilib. AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi isə bu barədə deyilənlərlə razılaşmır.

AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrında qapadılıb. Bundan öncə isə radionun araşdırmaçı jurnalisti Xədicə İsmayıl həbs olunub. Bütün ittihamları rədd edən jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Özü bütün ittihamları rədd edir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun

Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan
Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 23 iyun

Keçmiş bankirin xanımı növbəti qalmalqalda

XS
SM
MD
LG