Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

21:06 30.12.2014

AZADLIQRADİOSU AZƏRBAYCAN HAKİMİYYƏTİNİ ÖZ ƏMƏKDAŞLARINA MƏNƏVİ TERRORA SON QOYMAĞA ÇAĞIRIR

AzadlıqRadiosu Respublika Prokurorluğu tərəfindən son günlər ünvanına səslənən ittihamları qətiyyətlə rədd edir, bu məlumatların yalan, təxribat və böhtan olduğunu bildirir.

AzadlıqRadiosu Azərbaycan hakimiyyətini öz əməkdaşlarına qarşı mənəvi terroru dərhal dayandırmağa, istintaqdan siyasi alət kimi istifadə edilməsinə son qoymağa çağırır.

Azad Avropa AzadlıqRadiosunun rəhbəri Nenad Pejic-in öncədən bəyan etdiyi kimi, bütün bunlar ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addımlar AzadliqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir.

17:10 30.12.2014
Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayılı ev dustaqlığına buraxmadılar

Bakı Apellyasiya Məhkəməsi AzadlıqRadiosunun araşdırmaçı jurnalist Xədicə İsmayılın Səbayel rayon məhkəməsinin qərarından şikayətini təmin etməyib.

Vəkili ona qarşı seçilmiş 2 aylıq həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi.

Jurnalisti həmkarı Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham edirlər.

X.İsmayıl ittihamı rədd edir.

X.İsmayıl dekabrın 5-də həbs edilib.

15:59 30.12.2014

Dekabrın 30-da AzadlıqRadiosunun əməkdaşlarının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində dindirilməsi davam edib. Həmin gün Radionun daha iki əməkdaşı müstəntiqlərin suallarını cavablandırıb.

Radionun Bakı bürosunun keçmiş koordinatoru 3 saata yaxın dindirilib - sözügedən idarədə istintaq olunan cinayət işi ilə bağlı şahid qismində. Dindirmədə onu hüquqşünas Namizəd Səfərov müşayiət edib.

Davamı

XS
SM
MD
LG