Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:49

Dövlət büdcəsində yarım milyarda yaxın kəsir...


Manat, dollar
Manat, dollar

2017-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 7 milyard 722,8 mln. manat, xərcləri isə 8 milyard 193,9 milyon manat olub. 471,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyinin məlumatında belə yazılır.

Gəlirlər...

Məlumatda bildirilir ki, altı ayda dövlət büdcəsinin mədaxili proqnoza nisbətən 102,3 faiz və yaxud 7 milyard 722,8 mln. manat icra olunub.

Mədaxil proqnozunu Vergilər Nazirliyi102,5, Dövlət Gömrük Komitəsi isə 111,9 faiz icra edib.

Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən isə 59,0 mln. manat az istifadə edilib.

2017-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4 milyard 131,1 mln. manat icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz və ya 1675,8 mln. manat çoxdur.

Xərclərə gəlincə...

Büdcənin xərclərinə gəldikdəisə, Maliyyə Nazirliyi bildirir ki, bu altı ayın proqnozuna nisbətən 100,2 faiz və yaxud 8 milyard 193,9 mln. manat icra olunub. Bu, 2016-cı ilin eyni dövrünə nisbətən 20,1 faiz və ya 1 milyard 372,4 mln. manat çoxdur.

Dövlət büdcəsinin xərclərinin 42,7 faizi sosialyönlü məsələlərin maliyyələşdirilməsinə yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz çoxdur.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 58 dollardan yüksək satılır.

Ancaq bu il iyunun 30-da büdcə sənəıdinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 milyard 41 mln. manat artırılıb.

XS
SM
MD
LG