Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:05

KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır


Azərbaycan 50 hərbçisini itirdiyini açıqladı
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Azərbaycan 50 hərbçisini itirdiyini açıqladı

KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) birləşmiş qərargahının başçısı Anatoli Sidorov Moskvada brifinqdə deyib ki, onun başçılıq etdiyi missiya bu gün axşam Yerevana gedəcək.

Daha öncə missiyaya KTMT Baş katibi Stanislav Zassın başçılıq edəcəyi açıqlanmışdı. Sidorov Zassın bir sıra ciddi beynəlxalq tədbirlərə, özəlliklə bu gün Özbəkistanda başlanan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinə dəvət olunduğunu, Ermənistana daha sonra, ola bilsin, gələn həftə gedəcəyini deyib.

Azərbaycan yeni itkilərini açıqlayacaq. Cəbhədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Sidorov qurumun hazırda Ermənistana sülhməramlı kontingent göndərmək planı olmadığını deyib. Onun sözlərinə görə, missiya yerində vəziyyəti öyrənəcək, münaqişənin səbəblərini və konfliktin həlli yollarını araşdıracaq.

Ermənistan Azərbaycanla son sərhəd toqquşmalarından sonra KTMT-yə yardım üçün müraciət etmişdi.

ŞƏT sammitində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinİlham Əliyevin görüşü gözlənir. Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə gərginliklə əlaqədar sammitə getməkdən imtina edib.

+++

Ötən gecə Azərbaycan-Ermənistan sərhədində ciddi insident qeydə alınmayıb. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi Aram Torosyan məlumat verib.

+++

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində deyib ki, beynəlxalq ictimaiyyətin iştirakıyla sərhəddə atəşkəs əldə olunub. O, detalları açıqlamayıb.

“Əlbəttə, razılaşma olmadan atəşkəs mümkün deyildi. Ümid edək, Azərbaycan atəşkəs rejiminə əməl edəcək”, – Qriqoryan vurğulayıb.

Azərbaycan hələlik, bu bəyanata münasibət bildirməyib.

Bu açıqlamadan öncə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Yerevana birtərəfli humanitar atəşkəs təklif olunduğunu söyləyib. Ancaq Ermənistan XİN bu təklif barədə məlumatı olmadığını demişdi.

Azərbaycan həmçinin 100 erməni hərbi qulluqçusunun meyitini təhvil verməyə hazır olduğunu bildirib.

Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 14-də axşam saat 8-dən sonra Azərbaycanla sərhədin bütün istiqamətlərində atışmanın praktik olaraq dayandığını açıqlayıb.

Sərhəddə döyüşlər sentyabrın 13-nə keçən gecə başlayıb. Azərbaycan 50, Ermənistan isə azı 105 hərbi qulluqçusunun həlak olduğunu bildirib.

Rəsmi Bakı Yerevanı iki ölkə arasında sülh prosesini pozmaq üçün “provokasiya”ya əl atmaqda suçlayıb. Ermənistan isə ittihamı rədd edərək Azərbaycanın onun suveren ərazisinə girdiyini deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalayıb. İki ölkə liderinin 31 avqust Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişi üzərində işləmək tapşırılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG