Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Sığınacaq istəyən azərbaycanlı blogerin Tbilisidə meyiti tapılıb (Video)


Azərbaycanlı mühacir Tbilisidə ölü tapıldı
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Azərbaycanlı mühacir Tbilisidə ölü tapıldı

Gürcüstan hökumətinə siyasi sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşı Hüseyn Bakıxanovun Tbilisidə ölməsi xəbəri yayılıb

Gürcüstan hökumətinə siyasi sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşı Hüseyn Bakıxanovun Tbilisidə ölməsi xəbəri yayılıb.

Rəsmi məlumata görə o özünü Tbilisidəki otellərin birindən atıb. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Otelin vəkili AzadlıqRadiosunun Gürcü xidmətinə deyib ki, hadisə otelin iki əməkdaşının gözü qarşısında baş verib.

Almaniyada yaşayan və əslən Azərbaycandan olan araşdırmaçı-jurnalist Əfqan Muxtarlı deyir ki, hadisə iyulun 14-də baş versə də, ictimai fəallar sosial mediada paylaşımlar edəndən sonra, hüquq-mühafizə orqanlarından reaksiya gəlib, buna qədər isə hadisə haqda ictimaiyyətə məlumat verilməyib:

“Onun müəmməlı şəkildə ölümü, bu ölümün iki həftə gizlədilməsi, otel rəhbərliyinin açıqlamaları bizdə çox ciddi şübhələrə yol açıb. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Siyasi mühacir statusundan ötrü Gürcüstan hökumətinə müraciət etmiş bir şəxs ölüb. Bu adam ölümündən iki gün öncə döyülüb. Bu ölüm faktı ilə bağlı Gürcüstan heç bir məlumat verməyib, əksinə məlumatı gizlədib”.

Gürcüstan DİN hələki cavab vermir

Hüseyn Bakıxanov özünün Youtube səhifəsində, iyulun 12-də yaydığı videoda yenicə tanış olduğu, 5 nəfər azərbaycanlı tərəfindən döyüldüyünü iddia edib və gürcü polisindən bu məsələnin araşdırılmasını istəyib. Əfqan Muxtarlı iddia edir ki, Gürcüstan polisi nə Bakıxanovun döyülməsini, nə də ölümü faktını araşdırmaqda maraqlı olub.

Əfqan Muxtarlı özü də bir müddət Gürcüstanda yaşayıb. O deyir ki, 2017-ci ildə müəmmalı şəkildə paytaxt Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib və həbs olunmuşdu. Azərbaycan hakimiyyəti isə bildirirdi ki, o sərhədi qanunsuz keçib.

Hüseyn Bakıxanovun ölüm hadisəsinin istintaqı və səslənən iddialarla bağlı suallara cavab almaq üçün Gürcüstanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasaq da, nazirlikdən AzadlıqRadiosuna bildiriblər ki, suallar yalnız yazılı cavablandırıla bilər. Amma günün sonunacan suallara cavab gəlməyib.

Bir ildə üç müəmmalı ölüm

Hüseyn Bakıxanov 7 ay öncə Youtube-da Azərbaycan hakimiyyətini sərt tənqid edən videolar yayıb. Mayın 7-də Bakıda hakimiyyət əleyhinə etiraz aksiyasına cəhddə iştirak edib, 15 sutka həbs olunub, iddia edib ki, həbsdə işgəncələrə məruz qalıb. O bir neçə aydır Gürcüstanda yaşayırdı.

Əfqan Muxtarlı hesab edir ki, bu işdə Azərbaycan hakimiyyətinin də əli ola bilər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bu cür iddiaları “cəfəngiyyat” adlandırıb.

Bu, 2021-ci ildə xarici ölkədə yaşayan 3-cü azərbaycanlının ölümüdür. Bu ilin əvvəlində siyasi mühacir Vüqar Rzanın Belçikada çayda ölmüş cəsədi tapılıb.

İstanbulda yaşayan gənc fəal Bayram Məmmədovun dənizdə boğularaq öldüyü bildirilib.

Hüseyn Bakıxanovun isə Gürcüstandakı otellərdən birinin 7-ci mərtəbəsindən düşərək öldüyü iddia olunur. Oteldən verilən məlumata görə, Bakıxanov onlara iş üçün müraciət edib və müsahibədən uğurla keçib.

XS
SM
MD
LG