Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:46

Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır


Avropa Şurası Parlament Assambleyasının İtaliyadan olan üzvü Luca Volonte
Avropa Şurası Parlament Assambleyasının İtaliyadan olan üzvü Luca Volonte

Aprelin ortalarında İtaliyada başlayacaq məhkəmə 2013-cü ildə Azərbaycanda böyük insan haqları pozuntularına yardım etmiş gizli ofşor əməliyyatına işıq salmalıdır.

(OCCRP və AzadlıqRadiosu-nun araşdırması)

Aprelin ortalarında Milanda Avropa Şurası Parlament Assambleyasının İtaliyadan olan üzvü Luca Volonte-yə qarşı məhkəmə başlayacaq. Müstəntiqlər onu Britaniya ofşorları vasitəsilə 2,39 milyon avro məbləğində qanunsuz ödənişlər qəbul etməkdə ittiham edirlər.

***Buna da bax:​ Bakı Avropa siyasətçisinə rüşvəti Britaniya ofşorları ilə ödəyib?

İttihama görə bu pulların çox hissəsi Britaniyanın Hilux Services LP və onun Estoniya Bankındakı hesabı vasitəsilə Azərbaycanda fəaliyyət göstərən Baktelekom MMC-dən gəlib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırması Layihəsi (OCCRP) bu şirkətin sahibinin ölkənin birinci ailəsi ilə əlaqələrini üzə çıxarıb.

Prokurorların dediyinə görə, bu pullar Volonteyə AŞPA-da Azərbaycanın ünvanına tənqidləri boğmağa yardımın müqabilində verilib.

Prokurorlar 2012-2014-cü illərdə 2,39 milyon avronun birbaşa Volonteyə çatana kimi bütün yolunu izləyiblər.

İttihamda həmçinin deyilir ki, Britaniyanın Hilux Services LLP şirkətinin hesabına 2013-cü ilin dekabrından 2014-cü ilin dekabrına kimi 1 milyard avro ötürülüb. Bu da korrupsiya sxeminin Volonte işindən daha geniş olduğunu düşünməyə əsas verir.

Prokurorların dediyinə görə, bu pullar Volonteyə AŞPA-da Azərbaycanın ünvanına tənqidləri boğmağa yardımın müqabilində verilib.

Volonte məsələsi qalxanda o, ictimai fəallar, vətəndaş cəmiyyəti qrupları arasında böyük etirazlar doğurdu. O cümlədən Transparency İnternational AŞPA-nın özündə müstəqil, etik korrupsiya araşdırmasının aparılmasını tələb etdi. (AŞPA Avropa Parlamentindən fərqli olaraq digər funksiyaları ilə yanaşı, Avropa İnsan Haqları məhkəməsinə də nəzarət edir) .

***Buna da bax: Nazirlik sözçüsü: 'Luca Volonte adda adam bizə məsləhət verməyib'

Volontenin Azərbaycan işlərinə cəlb olunmasının kökləri 2011-ci ilə gedib, çıxır. O vaxt ilk baxışda bir-biri ilə bağlı olmayan iki hadisə oldu:

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser
AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser

Azərbaycanda siyasi məhbuslar üzrə hesabat hazırlayan almaniyalı deputat Christof Strasser-ə 3 dəfə cəhd edməsinə baxmayar bu işlə bağlı Azərbaycana gəlməyə viza verilmədi.

Eyni ildə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Volonte Azərbaycan gəldi.

***Buna da bax:​ 'Azərbaycanla bağlı rüşvət məsələsi araşdırılsın'

Bu iki şəxsin – Starasserin və Volontenin çox fərqli məqsədləri var idi.

Strasser Azərbaycan şəxsən gələ bilmədiyinə görə, Azərbaycanda insan haqları müdafiəçisi Anar Məmmədlidən xahiş etdi ki, Azərbaycanda siyasi məhbuslar siyahısını tutmağa və o məhbuslarla bağlı detalları dəqiqləşdirməyə kömək etsin.

“Mən bilirdim ki, bu iş çox vacibdir”- bunu Anar Məmmədli Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırması Layihəsinə deyir. “Ümid ona idi ki, hesabat AŞPA-nı Azərbaycanda bütün siyasi məhbusları azad etməyə çağırmağa sövq edəcək. “Gözləntilər çox yüksək idi”.

***Buna da bax:Avropalı deputatlar Azərbaycanla bağlı korrupsiya məsələsinə bir də qayıdacaqlar

Ancaq Anar Məmmədli və başqaları 2012-ci ildə siyasi məhbuslar siyahısı üzərində işlədiyi vaxt, müstəntiqlərin dediyinə görə, Volonte Azərbaycan hökumətinə ölkənin imicini necə yaxşılaşdırmağa və 2012-ci ilin ortalarında Avropa Stabillik Təşəbbüsü (ESİ) adlı beyin mərkəzinin hazırladığı hesabatda Azərbaycan haqda yer alan korrupsiya şübhələrini dağıtmağa məsləhət verirdi.

Prokurorlar bildirirlər ki, Volonte AŞPA-da Strasserin hesabatını laxlatmaq üzərində də işləyirdi. 2013-cü il yanvarın 23-də AŞPA hesabatın əleyhinə səs verdi: əleyhinə 125, lehinə 79 səs.

Gerald Knaus
Gerald Knaus

ESİ-nin sədri Gerald Knaus deyir ki, Volontenin siyasi məhbus siyahısı əleyhinə səsləri təşkil etməsi həlledici idi. Knaus Milan prokurorlarının əldə etdiyi və pulların hərəkətini və təlimatları əks etdirən məktubları, e-mailləri və bank kağızlarını xüsusi hesabatda göstərir.

***Buna da bax: "Kürü Diplomatiyası: Nə qədər almısız?"

SÜLEYMANOV İTTİHAMLARI RƏDD EDİR

Prokurorlar Volontenin lobbiçiliyinə 2,39 milyon avro verildiyini deyirlər. Bu pullar o cümlədən Hilux Services LP-nin hesablarından verilib. Onlar da öz növbəsində Baktelekom-dan gəlib. Bu şirkətin adı Azərbaycanın dövlət şirkəti olan Baktelecom-la asanlıqla dəyişik salına bilər, ancaq fərqlidir.

OCCRP-nin araşdırmaçısı müəyyən edib ki, Baktelekom azərbaycanlı iş adamı Rasim Əsədovla bağlıdır. OCCRP-nin əldə etdiyi sənəd Rasim Əsədovun başqa bir şirkətdə Mircəlal Paşayevlə şərik olduğunu göstərir. Mircəlal Paşayev isə birinci ledi və indi birinci vitse-prezident olan Mehriban Əliyevanın əmisi oğludur.

2016-cı ilin oktyabrında Volonteyə ödənişlər qalmaqalı üzə çıxandan bir neçə ay sonra Hilux Servise LP öz adını SL012732 LP-yə dəyişdi və şirkət barədə məlumatları gizlətdi.

Volonteyə köçürülən pullar Danske Bankın Estoniya bölməsindən gəlirdi və mənbəyi Baktelekom MMC idi. Bu şirkətin vebsaytı və ya ictimai profili yoxdur, ona görə bilinmir ki, nə ilə məşğuldur.

***Buna da bax: Səməd Seyidov: 'Çətindir, bəli! Problemlər var'

Prokurorların dediyinə görə, Baktelekom MMC şirkətin ən azı bir şirkətin - Hilux Servise LP-nin hesabına 1 milyard avro köçürüb.

Baktelecom screen.
Baktelecom screen.

Baktelekom MMC-ni 2012-ci il yanvarın 26-da Rasim Əsədov yaradıb. Rasim Əsədov Azərbaycanın müstəqilliyinin ilk dövründə daxili işlər naziri olmuş Məhəmməd Əsədovun oğludur. Məhəmməd Əsədov 1991-ci ildə Dağlıq Qarabağda vertolyot qəzasında həlak olan 22 nəfərdən biri idi.

Rasim Əsədov yüksək brend geyimlərinin satışı ilə məşğul olan şirkət sahibidir və onun adı Azərbaycan mediasında soyuducu istehsal edən Çinar şirkəti ilə bağlı vergi qalmaqalında da çəkilirdi.

***Buna da bax: Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'

Ofşora 1 milyard avro pul köçürməsinə baxmayaraq Baktelekom-un da vergi problemləri olub. Məsələn, 2017-ci il yanvarın 1-də şirkətin 31 356 364 manat (17,4 milyon dollar) şərtsiz vergi amnistiyası alması ilə həll olundu.

Rasim Əsədov birinci ledinin əmisi oğlu Mircəlal Paşayevlə Avstriyada qeydə alınmış AE BG Eta Holding GMBH şirkətində “50-50”-yə şərikdir.

Avstriya qeydiyyat sənədlərindən bu şirkətin nə ilə məşğul olduğu bilinmir, ancaq Dun & Brudstreet beynəlxalq kommersiya məlumat bazasına görə, şirkətin qiyməti 5 milyon dollardır.

AŞPA-DA SƏSVERMƏNİN NƏTİCƏLƏRİ

Azərbaycanın insan haqları fəalları AŞPA-da o vaxtki səsvermənin Azərbaycan hökumətinə vətəndaş cəmiyyətini qəddarlıqla dağıtmaq üçün yaşıl işıq yandırdığını deyirlər.

Həmin səsvermədən az sonra orduda korrupsiya əleyhinə ölkənin müxtəlif yerlərində etiraz aksiyaları təşkil edən gənclər təşkilatı - NİDA vətəndaş birliyinin 8 üzvü həbs olundu. Onlardan biri – İlkin Rüstəmzadə hələ də həbsdədir.

***Buna da bax:​ AŞPA-dan korrupsiya qətnaməsi

2013-cü ildə prezidentliyə öz namizədliyini elan etmiş İlqar Məmmədov da həbs olundu və indiyə kimi həbsdədir. Avropa İnsan Haqları məhkəməsi onun həbsini siyasi motivli adlandırır.

Strasserin siyasi məhbus hesabatı üzərində işləmiş Anar Məmmədlinin özü 2013-cü ilin dekabrında həbs olundu və 2016-cı ilin martında azadlığa çıxdı. Tanınmış fəalların və jurnalistlərin həbsi davam edir və ictimai fəalların məlumatına görə, hazırda siyasi məhbusların sayı azı 145-dir.

Milan məhkəməsinin qərarına görə Volonte parlament üzvü olduğu vaxt gördüyü işlərə görə təqib oluna, cəzalana bilməz - toxunuzmaqlıq hüququ var. Prokuror bu qərardan apellyasiya şikayəti verib. Eyni vaxtda Volonte pulyumada ittiham olunur və bu maddə ilə məhkəmə qarşısına çıxarılacaq.

ESI sədri Gerald Knaus deyir ki, bu məsələdə deputat toxunulmazlığı anlamı ona qəribə gəlir.

***Buna da bax: 'AŞPA-da ehtiyac yoxuydu ki, kiməsə o boyda rüşvət verəsən'

“Burda əsas məqam odur ki, Volonte çox zəif olan davranış qaydalarını dramatik şəkildə pozub və bunu onun özü də etiraf edir. Əgər bu araşdırılmırsa, onda gərək Avropa Şurası həlledici səsvermələr qabağı siyasətçilərin “ümumi xoşbəxtlik məsləhətçiləri” qismində xidmətlərinin qiymətini də elan eləsin”.

Anar Məmmədli isə ümidini itirmir. O deyir ki, Avropa Şurası öz araşdırmasını başlaya bilər.

Anar Məmmədli
Anar Məmmədli

“Bu, mənim və digər siyasi məhbusların işində ədalətə nail olmaqda daha böyük məsələdir. Bu, bizim üçün Avropa dəyərlərinə inam məsələsidir. Əgər Azərbaycanın rüşvətxor pulu Avropada demokratik sistemi dağıda bilirsə, onda dünyanın axırıdırmı? İndi AŞPA-nın nüfuzu İtaliyanın və Avropa Şurası rəhbərliyinin Volonte işini araşdırmağa siyasi iradəsindən asılıdır”.

Hələlik bu araşdırma ilə ilə Azərbaycan tərəfdən hər hansı reaksiya yoxdur. Amma bu qalmaqal meydana çıxanda - bu ilin yanvarında hakim Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Səyavuş Novruzov Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsi barədə iddiaları rədd etmişdi: "Hansı əsasla yazırlar? Kimsə Azərbaycanın marağını müdafiə edirsə, ölkəmizin xeyrinə söz deyirsə, dərhal erməni lobbisinə işləyənlər onu şantaj edirlər. Burada da məqsəd həmin insanların Azərbaycanın haqq işinə verdiyi dəstəyi əngəlləməkdir”.

Rasim Əsədovun Avstriyada sahibi olduğu başqa bir şirkətin əlaqə telefonuna zəng vurub, onunla əlaqə saxlamaq istədik. Təəssüf ki, həmin telefona nə iş saatlarında, nə də sonra cavab verən olmadı.

XS
SM
MD
LG