Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

Müsəlman komediya aktyoru Trump-a qarşı


Aziz Ansari
Aziz Ansari

►"Mən ailəmə görə qorxuram"

"Master of None" ("Fərsiz usta") komediya serialının yaradıcısı və ulduzu, 33 yaşlı Aziz Ansari ötən həftə New York Times-da köşə yazısı ilə çıxış edərək siyasətçilərin antimüsəlman ritorikasının ona və onun ailəsinə necə birbaşa təsir etdiyindən bəhs edib.

Ansari öz yazısında qeyd edir ki, Orlando hücumunun baş verdiyi günlərdə o öz anasına mesaj yazaraq həmişə dua etdiyi məscidə getməməsini xahiş edib.

"Mən o mesajı ona göndərəndə anladım ki, bir Amerika vətəndaşına öz dini ayinlərinə görə ehtiyatlı olmağı söyləmək nə qədər xoşagəlməz bir şeydir," deyə o yazır.

Ancaq Ansari hesab edir ki, hazırkı dünyada insanlar "müsəlman" kəlməsini eşitdikləri zaman Nobel mükafatı laureatı Malala Yousafzai, Kareem Abdul-Jabbar yaxud da "One Direction" qrupunun keçmiş üzvü Zayn Malik barədə yox, "Homeland" serialındakı qorxulu terrorçu, yaxud da xəbərlərdə göstərilən qorxunc məxluq" barədə düşünürlər və belə bir dünyada ehtiyatlı olmaq lazımdır.

"Bu gün prezidentliyə namizəd Donald Trump və onun kimi nifrət nitqi qusanların sayəsində önyarqı yeni səviyyələrə çatır. O...qorxuludur və bu insanların yaşayışına, işinə və ibadətinə təsir edir. O məni ailəmə görə qorxmağa məcbur edir. O həm də mənasızdır," deyə Ansari yazır.

____________________________________________________________

Bunlara da bax:
Üçəmlərin nənəsi: “Yenə də ümid vermirlər”
'Dollar manat qarşısında dəyər qazanmaqda davam edəcək'

____________________________________________________________

Aziz Ansari yazır ki, FTB-nin ölkə içində 1000 potensial terrorçu barədə araşdırma apardığı iddia olunsa da bu rəqəm 3,3 milyon Amerika müsəlmanının cəmi 0,03 %-ni təşkil edir. Bu isə bütün müsəlman icmasını təmsil edə bilməz.

"Müsəlman amerikalıların böyük əksəriyyətinin Orlandodakı qorxunc məxluqa oxşarlığı hər hansı bir ağ insanın kinoteatrlarda, məktəblərdə, abort klinikalarında atəş açan ağ terrorçuyla oxşarlığı qədərdir," deyə Ansari yazır.

Onun sözlərinə görə, bunu nəzərə alsaq, islamofob ritorika zərərlidir. "Trump deyir ki, Amerika müsəlman icmasındakı insanlar "kimin pis niyyətli olduğunu" bilirlər. O demək istəyir ki, milyonlarla günahsız insanın dəhşətli hücumlarda əli var," yazıda deyilir. "Bu nəinki yanlışdır, bu həm də terror hücumlarının ortaya qoyduğu real problemlərin həlli üçün heç nə eləmir. Cənab Trumpın məntiqinə görə, 2007 - 2008-ci illərin nəhəng maliyyə böhranından sonra Amerika iqtisadiyyatını qorumağın ən yaxşı yolu ağ kişilərə qadağa qoymaq idi."

Sonda aktyor Trumpın 11 sentyabr hücumlarından sonra müsəlmanların "küçələrdə bayram etdiyi" barədə bəyanatına etiraz edir. O həmçinin qeyd edib ki, Amerikada terror riskini azaltmağın ən "aydın" yolu silahlarla bağlı daha sərt qanunların tətbiqindən keçir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə
XS
SM
MD
LG