Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:48

Avropada kurort tikən Azərbaycan şirkəti ilə bağlı yenilik


“Portnovi” turizm-istirahət kompleksinin inşasına başlanarkən (Arxiv)
“Portnovi” turizm-istirahət kompleksinin inşasına başlanarkən (Arxiv)

►Azərbaycan kapitallı ikinci bank...

Monteneqronun Mərkəzi Bankı «AZMONT BANKA AD Podgorica»ya tam həcmli bank lisenziyası (0101-4014/83-2) verdiyini elan edib.

Bu, Monteneqroda Azərbaycan kapitalının iştirak etdiyi sayca ikinci bankdır.

Məlumata görə, Azərbaycan sərmayəsiylə yaradılan bu bankın Müşahidə Şurasına Ahmet Erentok başçılıq edir.

O, həm də bankın ana şirkətləri - «Azmont Investments» və «Azerbaijan Global Investments»in, eləcə də AGI-nin təsisçilərindən olan AtaHolding qrupu MŞ-nin sədridir.

Rəşad Əliyev, Rəşad Rəsullu, Qorxmaz Əliyev və Ana İvanoviç Bankın Müşahidə Şurasının digər üzvləri təyin olunublar.

___________________________________________________________

Bunlara da bax:
"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir
Gül bayramının formatı dəyişib

___________________________________________________________

AGİ-nin payı 99,99 faizdir

2013-cü ildə yaradılan AGI-nin təsisçiləri Paşa Development (35%), AtaHolding (33%) və Synergy Group (32%) şirkətləridir. AGI Monteneqroda yaradılan «Azmont Investments» şirkətində 99,99 faiz paya sahibdir.

Qalan 0,01% səhm isə SOCAR-a məxsus «Saiph Holding B.V» (Hollandiya) şirkətinə məxsusdur.

«Azmont Investments» Monteneqroda sərmayə qoyuluşu 500 milyon avro elan edilən “Portnovi” turizm-istirahət kompleksini inşa edir.

Yeni yaradılan bankın Transadriatik boru kəmərinin tikintisinə qoşulacağı da alınan məlumatlar arasındadır.

Azmont Bank-dan öndə Azərbaycan sərmayəsini Monteneqronun bank kapitalına «Ner Holding ltd» şirkəti gətirmişdi - amma birbaşa deyil, ofşor şirkətdən yararlanaraq.

Nominal qiymətdən 2 dəfə çox

Ötən il Çernoqoriyanın bank kapitalına elə 2015-ci ildə Maltada (Valetta, 85 st. Cohn) yaradılmış «Ner Holding ltd» şirkəti daxil oldu. Şirkət «Universal Capital Bank AD Podgorica»da səhmlərin 24,91 faizinə sahibləndi. Bu pay bankın əsas səhmdarı olmuş «Sigma Delta Holdings» şirkətindən satın alındı. Nominal qiyməti 2,1 milyon avro olan səhmlərə «Ner Holding ltd» təxminən 4 milyon avro ödəməyə boyun olmuşdu.

Bu alqı-satqıdan sonra bankın Müşahidə Şurasına Nəsrulla Babayev də qoşuldu. Onun qumar həvəskarı olduğu bildirilir.

38 yaşlı Nəsrulla Natiq oğlu Babayev Bakıda Salatın Əsgərova küçəsi, ev 156 ünvanında qeydiyyatdadır. O, 2006-cı ildə Kiprdə qurulan «Vanmec Limited» şirkətinin də təsisçi və direktorlarından biridir. N. Babayevin anası Dilarə Məmmədəliyeva 2 nömrəli Baki Tibb Kollecinin direktorudur.

“Portnovi” turizm-istirahət kompleksinin inşası

XS
SM
MD
LG