Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:53

Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər


Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər

-

Azərbaycan Mərkəzi Bankı məhkəməyə verilib.

Paytaxt sakinləri Etibar Kazımov, Vera Kazımova və Eteri Əhmədova iddia ərizəsini yanvarın 6-da 1 saylı İnzibati-İqtisad Məhkəməsinə təqdim ediblər.

Bu barədə AzadlıqRadiosuna iddiaçıların hüquqlarını müdafiə edən vəkil İradə Cavadova məlumat verib.

İddiaçılar məhkəmədən Mərkəzi Bankın öz öhdəliyinin icrasına məcbur edilməsini istəyirlər.

Adları çəkilən şəxslər "Bank of Azerbaijan" ASC-nin əmanətçiləridir. İradə Cavadova deyir ki, müştərilərlə bank arasında müqavilənin müddəti aylar öncə başa çatsa da, əmanətlər sahiblərinə qaytarılmayıb. Bank rəhbərliyinə daxil olan şəxslərlə uzun müddət aparılan danışıqlar nəticə verməyib. Ona görə də əmanətçilər "Bank of Azerbaijan" ASC-nin lisenziyasının ləğvi və bu bankın müflis elan olunması proseduruna başlanmasına dair məhkəməyə ərizə təqdim olunması üçün Mərkəzi Banka müraciət edib.

"Biz bir neçə dəfə Mərkəzi Banka müraciət etdik. Son müraciətimiz dekabrın 18-də oldu. Əmanətçilərin mənə verdiyi etibarnamənin surətini də müraciətə əlavə etmişdim. Mərkəzi Bankdan əlaqə saxlayaraq, etibarnamənin əslini istədilər. Ertəsi gün sənədin əslini də təqdim elədik. Amma bizə bu günə qədər heç bir cavab vermədilər. Ona görə də məcbur olub, Mərkəzi Bankı məhkəməyə verdik", - deyə İradə Cavadova bildirib.

XS
SM
MD
LG