Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:53

Prezidentin tapşırığını yerinə yetirməyib?


►Prezident Mərkəzi Banka tapşırıb ki, kreditlər üzrə faiz dərəcələri ilə uçot dərəcəsi arasındakı fərqi azaltsın

Prezident İlham Əliyev Mərkəzi Banka (MB) kommersiya banklarının kredit faiziləri ilə uçot dərəcəsi arasındakı fərqin azaldılmasını tapşırıb.

Bu tapşırıq 2015-ci il dövlət büdcəsi qanununun tətbiqi ilə bağlı 22 dekabr 2014-cü il tarixli fərmanda da əksini tapıb. Fərmana görə, MB görülən işlər barədə hər yarımildən bir Azərbaycan prezidentinə məlumat verməlidir.

Kredit faizlərində azalmanın olmaması onu göstərir ki, MB bu sahədə ya addım atmayıb, ya da atdığı addımlar nəticəsiz qalıb. Kredit faizləri, istehlak kreditlərinin faizləri mövcud uçot dərəcəsindən (7%) dəfələrlə çoxdur.

İlin əvvəlindən bəri uçot dərəcəsini 2 dəfə artıran MB-nin siyasəti sual doğurur: Kredit faizlərini uçot dərəcəsinə uyğunlaşdıra bilməyən MB, bəlkə uçot dərəcəsini kredit faizlərinə uyğunlaşdırmaq istəyir? Məşhur məsəldə deyilən kimi: dağ Məhəmmədə sarı getməzsə, Məhəmməd dağa sarı gedər.

“Kimə gərək belə Mərkəzi Bank?”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, MB devalvasiyadan sonra manatla kreditin faiz artımına göz yumdu:

“Devalvasiyanın ilk dalğasından (21 fevral 2015) sonra bəzi banklar manatla kredit verməyə davam edəcəklərini bildirdilər və sanki "baxın, heç kəs manatla kredit vermir, amma mən verirəm!" – deyərək özlərini yaxşıca reklam etdilər. Ancaq sözügedən manat kreditləri üzrə faiz dərəcələri o qədər yüksək idi ki (28-35%), əhalinin və sahibkarların bir qismi dollar kreditləri almağı dayandırmadı. Mərkəzi Bank buna da göz yumdu”.

Ekspert prezidentin sözügedən tapşırığına da toxunur və MB-nin bir tədbir görmədiyini vurğulayır: “Prezident MB-yə deyir ki, faiz dərəcələrinin aşağı salınmasına şərait yarat. Banklar bunun tam əksini edir, amma MB heç bir tədbir görmür. Kimə lazımdır belə Mərkəzi Bank?”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Məncə… uçot dərəcəsini endirmək lazımdır”

İqtisadçı ekspert Elxan Mikayılov da MB-nin o istiqamətdə heç bir addım atmadığını düşünür:

“Heç ata da bilməz. Əgər MB aşağı uçot dərəcəsi ilə banklara daha çox kredit versə və kreditləşmədə payını artırsa, bunu edə bilər. MB-nin kreditləşməsinin bank sektorunda payı 10 faizdir. Məncə, indiki şəraitdə uçot dərəcələrini artırmaq yox, əksinə, endirmək lazımdır. Depozitlərin faiz dərəcəsi yüksək olduğundan, buna adekvat olaraq kreditlər də yüksəkdir”.

Ekspertin fikrincə, indi bankların çoxu ziyanla işləyir və ya mənfəət markası beynəlxalq göstəricidən təxminən 2 dəfə azdır: “Ucuz investisiyaya çıxış olsa, banklar faiz dərəcələrini azalda bilər. Böhran şəraitində MB-nin bu prosesə təsir imkanları, demək olar, yox səviyyəsindədir”.

XS
SM
MD
LG