Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:37

Bəxtiyar Hacıyev həbsini ABŞ-ın sanksiyası ilə izah edir


Bəxtiyar
Bəxtiyar

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev AzadlıqRadiosunun suallarını cavablandırıb.

O, əvvəlcə həbsi ilə bağlı verilən sualı cavablandırıb:

-Həbsinizin səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndi. Versiyalardan biri odur ki, bu həbs ABŞ-ın sanksiya siyahısını açıqladığı vaxta təsadüf edib. Həmin siyahıya ilk dəfə olaraq, Azərbaycandan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi daxil edilib. Həbsinizi sırf bu məsələ ilə əlaqələndirisiz, yoxsa?

-M
ən polis orqanlarının fəaliyyətini tənqid etmişəm və nəticədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisinə Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən sanksiyanın tədbiq edilməsi həbsimə səbəb olub.

Hacıyev şəxsi profilindən yayıldığı deyilən yazışmalardan sonra bəzi qadınların cəmiyyətdə, ailədə problem yaşadığı haqda məlumatlar yayılmasına da münasibət bildirib.

O “bu qadınlara mesajınız nədir” sualına cavab olaraq isə bunları deyib:

“Kibercinayətkarlıq yolu ilə əldə olunmuş məlumatlar müzakirə səbəbi olmamalıdır. Həmin məsələyə azadlığa çıxandan sonra aydınlıq gətirəcəyəm.”

Bəxtiyar Hacıyevin bu fikirlərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Sanksiya məsələsi

ABŞ Dövlət Departamenti ötən ilin dekabrında beynəlxalq korrupsiya ilə mübarizə və insan haqları günləri ərəfəsində sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib.

Siyahıya Azərbaycandan ilk dəfə olaraq “Bandotdel” kimi tanınan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov da daxil edilib.

Əlimərdanovun sanksiya siyahısına onun 2015 və 2016-cı illərdə insan hüquqlarını kobud şəkildə pozması, məhbuslara işgəncə verilməsində iştirakına görə daxil edildiyi bildirilir.

DİN isə öz növbəsində polis polkovniki Kərim Əlimərdanovun insan haqlarını pozması, işgəncələrdə iştirakı iddialarını təkzib edib.

Xatırlatma

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanıb.

Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Onun həmin müddətdən bəri iki dəfə həbsinə etiraz olaraq günlərlə (birində 50 gündən çox) aclıq aksiyası keçirdiyi bildirilir.

Bu ara sosial şəbəkələrdə ona adi olduğu bildirələn bəzi yazışmalar və fotolar yayılıb.Bəxtiyar Hacıyev vəkilləri vasitəsilə bəzi xanımlarla onun arasında olduğu iddia edilən yazışmaların təhrif olunduğunu açıqlayıb.

Rəsmi qurumlar da bu məsələdə iştiraklarını təkzib ediblər.

Onun həbs müddəti iyunun 28-dək uzadılıb.

XS
SM
MD
LG