Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:36

Belarusun Yerevandakı səfirliyinə yumurta, kartof, pomidor atdılar


Etirazçılar Belarusun Yerevandakı səfirliyinin qapısı önündə
Etirazçılar Belarusun Yerevandakı səfirliyinin qapısı önündə

Ermənistanın bir neçə qərbyönlü siyasi qrupu hökumətdən Minsklə bütün əlaqələri kəsməyi tələb edib.

"Respublika naminə”, Avropa və Xristian-Demokrat partiyaları, habelə bəzi ictimaiyyət nümayəndələri Yerevandan Ermənistanın Belarusun üzv olduğu bütün ittifaq və təşkilatlardan çıxmasını tələb ediblər.

“Respublika naminə” partiyasının nümayəndəsi Arman Babacanyan tələbnamənin mətnini oxuyub:

"Belarusun Ermənistandakı səfiri və diplomatik missiyası persona non grata elan olunsunlar və onlara Ermənistan ərazisinin tərk edilməsi üçün üç gün vaxt verilsin”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, qərbyönlü qüvvələr Belarus prezidenti Alyaksandr Lukaşenkonun “ermənilər bizdən başqa kimə lazımdır ki?” bəyanatından qəzəbləniblər.

Lukaşenka “Rossia” televiziya kanalına müsahibəsində Ermənistan hakimiyyətini Qərblə münasibətləri inkişaf etdirdiyinə görə tənqid etmişdi.

“Respublika naminə” partiyasının sədr müavini Ruben Mehrabyan Lukaşenkoya müraciətlə deyib ki, "Ermənilərin kimə lazım olduğunu Allaha şükür ki, sən həll etmirsəm”.

Erməni siyasi fəallar: “Lukaşenko təlimatlarını Putindən alır”

Azatutyun yazır ki, “Respublika naminə” partiyasının üzvləri və tərəfdarları avqustun 21-də etiraz olaraq Belarus səfirliyinin divarlarını yumurta, pomidor və kartof atəşinə tutublar.

Xəbərdə deyilir ki, səfirlik hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Siyasi fəallar əmindirlər ki, vaxtaşırı erməniləri təhqir edən Lukaşenko təlimatlarını Rusiya prezidentindən alır.

Azatutyun yazır ki, Ermənistan hökuməti Lukaşenkonun sözü gedən müsahibəsi ilə bağlı şərh verməyib.

Yerevan və Minsk arasında münasibətlər bir xeyli müddətdir ki, gərgin olaraq qalır.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl bəyan etmişdi ki, KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ən azı iki üzvü Azərbaycanın Ermənistana qarşı müharibəsinə hazırlıqda iştirak edib.

Lukaşenkonun Bakı səfərindən sonra dedikləri

Lukaşenko bu ilin may ayında Bakıda səfərdən sonra iddia etmişdi ki, onun Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana hücum planından xəbəri olub və guya onlar hətta bu məsələnin hərbi yolla həll oluna biləcəyi fikri ilə razılaşıblar.

Nikol Paşinyan daha sonra bəyan etmişdi ki, Lukaşenko prezident olduğu müddətdə heç bir Ermənistan rəsmisinin o ölkəyə ayağı dəyməyəcək.

Ermənistan bunun ardınca Belarusdakı səfirini məsləhətləşmə üçün geri çağırmışdı.

Belarusun Yerevandakı səfirliyinə üç aydır ki, Razmik Xumaryan başçılıq edir.

Minsk Yerevanın ittihamlarını rədd edir və bildirir ki, Paşinyan bu hay-küyü qaldırmaqla diqqəti ölkə daxilindəki problemlərdən yayındırmağa çalışır.

Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?
Gözlə

No media source currently available

0:00 0:10:22 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Rusiya sülhməramlıları Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılıb.

XS
SM
MD
LG