Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:31

Birinci vitse-prezident gənclərə toy eləyib


Yasəmən və İbrahimin toyu, Bakı, 4 mart 2017
Yasəmən və İbrahimin toyu, Bakı, 4 mart 2017

Martın 4-də valideyn himayəsindən məhrum olmuş Yasəmən və İbrahim Abzotovların toyu olub.

AzərTac yazır ki, toy Azərbaycanın birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər.

İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb.

Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində doğulub. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində tərbiyə alıb. 2012-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi, 2016-cı ildə Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Heydər Əliyev Mərkəzində çalışır. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.

Ailə quran gənclər Nizami rayonunda valideyn himayəsindən məhrum olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yaşayış binasında mənzillə də təmin edilib.

Toy mərasimində bəylə gəlinə Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.

Yasəmən və İbrahimin toyu, 4 mart 2017
Yasəmən və İbrahimin toyu, 4 mart 2017

XS
SM
MD
LG