Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:31

Britaniyanın baş naziri olacaq Starmer: 'Dəyişiklik indi başlayır'


Kir Starmer
Kir Starmer

"Dəyişiklik indi başlayır". Bunu Britaniyada parlament seçkilərini udmuş leyboristlərin lideri Kir Starmer iyulun 5-də deyib. Bu seçkilər Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyub.

Leyboristlər Partiyası İcmalar Palatasında işlək çoxluq üçün 326 yerlik baryeri keçməklə qələbəsini təmin edib.

"Belə bir mandat böyük məsuliyyət deməkdir", -- Starmer Londonda qələbə izdihamı qarşısında vurğulayıb.

Məyusluğun səbəbləri

Seçki ərəfəsində baş nazir Rişi Sunak seçiciləri Britaniyanı leyborist çoxluğundan xilas etməyə çağırmışdı. Buna baxmayaraq, rəy sorğularına görə, leyboristlərin lideri Kir Starmer 44 faiz reytinqə malikdir, indiki baş nazir Sunakın populyarlığı isə 23 faizdir.

"Reuters" yazır ki, son illərin partiyadaxili çəkişmələri, səkkiz ildə beş baş nazirin dəyişilməsi britaniyalıların mühafizəkarlardan üz çevirməsinə səbəb olub.

Agentlik bunu da bildirir ki, ölkədə əvvəlcə pandemiya, daha sonra isə Ukraynada müharibə ilə bağlı qiymət bahalaşması baş verib.

Bundan başqa, ekspertlərin fikrincə Britaniyanın 2020-ci ildə Avropa İttifaqından çıxması ölkənin iqtisadiyyatına mənfi təsir göstərib.

XS
SM
MD
LG