Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Prokuroru məhkəməyə verdi və möcüzə baş vermədi...


Prokuroru məhkəməyə verən Bakı sakini Alya Təmrazova
Prokuroru məhkəməyə verən Bakı sakini Alya Təmrazova

"Bu məhkəmə qətnamələri bir daha prokurorluq orqanlarında çalışanlara stimul verdi ki, ‘vətəndaşların belinə minib sürün, onsuz da bütün hallarda düzgün olan sizin etdiyinizdir’"

"Adam məni təhqir edib, yeddi şahid də bunu təsdiqləyib. Bu azmış kimi, məhkəməni sayıb bircə dəfə öz məhkəməsinə də gəlmədi. Bununla belə, məhkəmələr onun marağını müdafiə etdi, iddiam təmin olunmadı".

İyunun 8-də Ali Məhkəmə Bakı sakini Alya Təmrazovanın Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasova qarşı aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilmiş kassasiya şikayətinə baxıb.

Buna da bax:​ Daştatük sakinləri imdad diləyir - 'Deyirlər, çayı özəlləşdirmişik'

“HEÇ ÇAĞIRIŞ VƏRƏQƏSİ DƏ GÖNDƏRMƏDİ”

72 yaşlı Alya Təmrazova ötən il Yasamal Rayon Məhkəməsində idarə rəisi tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı iddia qaldırıb. Alya xanım iddiasında göstərib ki, yaxın qohumu ilə mülk mübahisəsinə görə dörd dəfə qəsdən ruhi xəstəxanaya salınıb və o, prokurorluqdan bu məsələyə hüquqi qiymət verilməsini tələb edib. Lakin idarə rəisi vətəndaşı dinləmək əvəzinə onu şikayətə gələn başqa vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edərək qovub:

"Ötən il Yasamal rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyi ilə keçirilmiş məhkəmədə yeddi şahid gəldi və idarə rəisi tərəfindən küçə söyüşləri ilə təhqir olunduğumu təsdiqlədi. Hakimin tez-tez onların sözünü kəsməsindən başa düşmüşdüm ki, idarə rəisi məhkəməni ələ alıb. Hakimdən dəfələrlə tələb etdim ki, Nazim Abbasovun məhkəməyə gəlməsini təmin etsin. O isə heç çağırış vərəqəsi də göndərmədi. Məhkəmədə heç Nazim Abbasovun nümayəndəsi də iştirak etmədi. Bununla belə, məhkəmə mənim iddiamı təmin etmədi".

Buna da bax:​ Hündürmərtəbəli yaşayış binası, yoxsa şahmat məktəbi?

“BUNU DÜŞÜNMƏMİŞDİM”

Alya Təmrazova qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Ancaq bu il yanvarın sonunda xəbər tutub ki, məhkəmə onun iştirakı olmadan keçirilib. A. Təmrazova bu dəfə Ali Məhkəməyə üz tutub. Ancaq 5 dəqiqəlik məhkəmə iclası Alya xanımın bütün ümidlərini puç edib:

"Bu dərəcədə dərəbəylik olar? Mən məhkəməyə üz tutanda demişdilər ki, ‘o prokuror, sən sadə vətəndaş, əl çək bu davadan’. Ancaq prokurorun məhkəməni yerli-dibli saymayacağını, bircə dəfə də olsun, məhkəmənin qapısından girməyəcəyini və bununla belə, məhkəmənin vətəndaşın yox, onun maraqlarını yüksək tutacağını düşünməmişdim. Bu məhkəmə qətnamələri bir daha prokurorluq orqanlarında çalışanlara stimul verdi ki, ‘vətəndaşların belinə minib sürün, onsuz da bütün hallarda düzgün olan sizin etdiyinizdir’".

Buna da bax:​ Ucarda 2008-də ərizə verəni necə 2015-də ev növbəsinə yazıblar?

“MƏHKƏMƏ SÖZÜNÜ DEYİB”

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər:

"Üç məhkəmə instansiyası iddiaya baxıb, sözünü deyib. Nazim müəllimə qarşı iddialar təsdiqini tapmayıb, məhkəmələr öz sözünü deyəndən sonra nə isə deməyin mənası yoxdur".

Hüquqşünas Vaqif Alıyevin fikrincə, həmin məhkəmələrdən biri vətəndaşın prokurora qarşı iddiasını təmin etsəydi, bu, gülməli olardı.

Buna da bax: Laçın köçkünü: 'Günahım odur ki, haqqımı tələb edirəm'

"Hakimlər nəinki prokurorluqdan, hətta bir məktəb direktorundan da asılı vəziyyətdədir. Adı hakimiyyətin müstəqil qolu olsa da, ölkədə uşaqdan böyüyə hamı bilir ki, müstəqil məhkəməmiz, hakimimiz yoxdur. Hüquqi tərəflərinə gəlincə, xanım bütün hüquqi yolları tükəndirib", – hüquqşünas belə deyir.

XS
SM
MD
LG