Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

'Bizdə 20, o boyda Almaniyada 14-15 nazirlik var' [video]


Hansı nazirliklər və dövlət idarələri ləğv oluna bilər?
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

Hansı nazirliklər və dövlət idarələri ləğv oluna bilər? [video]

Azərbaycan büdcəsi getdikcə kiçilir, bəzi iqtisadçılar isə təklif edirlər ki, büdcədən maaş alan məmurlar ixtisar olunsun.

Azərbaycanda məmur çoxdur

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev deyir ki, Azərbaycanda 100 minlərlə məmur var və bu, çoxdur:

“Bizdə 20 nazirlik var. O boyda Almaniyada, Avropa ölkələrində 14-15 nazirlik var. Özü də bizdə iqtisadiyyat çoxşaxəli deyil, bircə neftimiz var. Nə var onu idarəetməyə?!”.

Buna da bax:​ 'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

Bəs nazirliklərdə ixtisar aparılarsa, işçiləri hara getsin?

Oqtay Haqverdiyev deyir ki, onlar real iqtisadiyyatla məşğul olsunlar, iqtisadiyyata töhfə versinlər.

Bundan əvvəl məmurların ixtisarı Milli Məclisdə də təklif olunmuşdu. Deputat Qüdrət Həsənquliyev təklif etmişdi ki, məmurların sayı 30 faiz azaldılsın. Deputat demişdi ki, Nazirlər Kabinetində, yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur:

«İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər Kabinetində 30 faiz ixtisar aparaq. Buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq».

Buna da bax:​ Cəmil Həsənli: 'İslahatlara başlıca maneə İlham Əliyevdir'

Hələlik hökumətdən bu təkliflərə reaksiya verən olmayıb.

Xəstəxanaları ləğv etmək düzgün addım idimi?

Yanvarın 18-də, Gəncədə tibbi işçiləri dəmiryol xəstəxanasının bağlanacağı haqqında xəbərləri eşidib, etiraz aksiyasına çıxmışdılar.

”Azərbaycan Dəmir Yolları”ndan bildirmişdilər ki, idarənin tərkibindəki həkim sanitar xidmətində ixtisarlar olacaq, çünki büdcədə maliyyə vəsaiti nəzərdə tutulmayıb.

Buna da bax:​ Gəncədə xəstəxana işçiləri yolu bağlayıb [video]

Xəstəxananın işçiləri açıq danışmaq istəmirlər, amma AzadlıqRadiosu-nun əməkdaşlarına deyiblər ki, ixtisar olarsa, indiki iqtisadi vəziyyətdə onlar üçün xərcləri qarşılamaq çox çətin olacaq.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev deyir ki, şəhərdə başqa dövlət xəstəxanası varsa, xəstəxananı bağlamaq və ya ixtisar aparmaq normaldır. Amma proses ağrılı keçməsin, işçilər bayırda qalmasın deyə, bu müəssisələri sahibkarlara təklif etmək lazım idi və ya ölkədə sahibkarlıq mühiti yaxşılaşdırılmalı idi ki, dövlət müəssisənin işçiləri özəl xəstəxanalara gedə bilsinlər.

Buna da bax: Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək

Universitetlər birləşdirilir?

Son vaxtlar bəzi təhsil ekspertləri müsahibələrində deyirlər ki, böhrana görə bəzi universitetlər bağlanacaq və ya birləşdiriləcək.

Təhsil Nazirliyi bunu təkzib edib. Bəs vergi ödəyiciləri-vətəndaşlar hansı dövlət müəssisəsinin bağlanmasını və ya ixtisarlar aparılmasını təklif edirlər? Bakıda keçirdiyimiz sorğunu izləyək.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev isə təklif edir ki, ilk növbədə nazirliklər daxilindəki istintaq idarələri ləğv edilə bilər- ölkədə 12 istintaq idarəsi var, halbuki, bu funksiyanı prokurorluq orqanları yerinə yetirə bilər. Onun sözlərinə görə, Qərb ölkələrində çox vaxt Azərbaycandakı Gömrük Komitəsinin işini daxili işlər nazirlikləri həyata keçirirlər. Haqverdiyev təklif edir ki, hökumət indiki iqtisadi durumu nəzərə alıb, ixtisarlar barədə əsaslı plan hazırlasın.

Buna da bax:

Hansı dövlət idarəsi ləğv olunsun?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

XS
SM
MD
LG