Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:58

Müsəlman qızlar üzgüçülük dərsinə qatılmalı olacaq


Burkini ilə çimən müsəlman qadınlar
Burkini ilə çimən müsəlman qadınlar

Almaniya Konstitusiya məhkəməsinin hakimləri deyirlər ki, məktəbli qız islami geyim qaydalarına görə dərslərdən azad edilə bilməz.

Almaniyada 11 yaşlı ultramühafizəkar müsəlman məktəbli qız hətta bütün bədəni örtən çimərlik geyimi – burkininin belə islam geyim qaydalarını pozduğunu iddia edib. Ölkənin ən yüksək məhkəməsi isə bu iddianın əksinə olaraq, müsəlman qızların məktəbdə oğlanlarla qızlara birlikdə keçilən üzgüçülük dərslərində iştirakının vacibliyi barədə qərar çıxarıb.

Buna da bax:​ Baş örtükləri Türkiyədən, mühafizəkar geyimlər Səudiyyə və İrandan gətirilir

BƏDƏNİN FORMASINI GÖSTƏRƏN BURKİNİ

Alman mətbuatı yazır ki, çərşənbə günü Karlsruhenin Konstitusiya məhkəməsi məktəbli qızın valideynlərinin iddiasını rədd edib. Valideynlər burkininin islam əxlaqına zidd olduğunu iddia edir, qızlarının üzgüçülük dərslərindən azad olunmasını istəyirdilər.

Hazırda Almaniyada islamın cəmiyyətdəki rolu qızğın müzakirə olunur. Ölkə son iki ildə çoxu müsəlman olan, müharibədən və təqiblərdən qaçaraq sığınacaq istəyən bir milyondan çox qaçqını inteqrasiya etməyə çalışır.

Buna da bax: Kann çimərliyində burkini qadağası

Məhkəmədə iddia qaldıran ultramühafizəkar müsəlman qız daha aşağı məhkəmə instansiyalarında burkininin bədənin formasını göstərdiyini və dini inancına zidd olduğunu bildirib.

MERKEL DƏ DİLƏ GƏLDİ

Konstitusiya məhkəməsi isə qeyd edib ki, aşağı instansiyalar bu iddianı doğru hesab etməyib və islamda düzgün geyimlə bağlı "heç bir məcburi qaydanın" olmadığını üzə çıxarıb.

Buna da bax:​ Amazon ‘seksi burka’nı satışdan yığışdırdı

Açıq qapı siyasətinə görə bir çox seçicilərin qəzəbi ilə üzləşən kansler Angela Merkel yerli seçkilərdəki uğursuzluqdan sonra, ötən həftə, üzü tamamilə örtən müsəlman geyiminə (niqaba) qadağa qoyulmasını təklif edib.

Xristian-demokratların populist Alternative für Deutschland (AfD) partiyasını dəstəkləyən hissəsi partiyanın ötən həftəki konfransında miqrantların cəmiyyətə inteqrasiyası ilə bağlı daha sərt danışmağa başlayıblar. AfD islamın ölkə konstitusiyasına zidd olduğunu deyir.

Buna da bax: Hacı Şahin burkini haqda: 'Qadının bədən cizgiləri...'

Kanslerin bu təklifindən sonra hakim partiyanın gələn ilki parlament seçkilərindən sonra niqabı yasaqlamağa çalışacağı daha inandırıcı görünə bilər.

XS
SM
MD
LG