Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

Azərbaycanda televizorsuz evlər varmış


Azərbaycanın hansı bölgəsi inkişaf baxımından örnək sayıla bilər?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Azərbaycanın hansı bölgəsi inkişaf baxımından örnək sayıla bilər?

Avropa metodologiyası ilə ölçülən yoxsulluq

Dövlət Statistika Komitəsinin (DSK) hər il açıqladığı hesabatlardan biri "Məhrumiyyətlərə və sosial inklüzivliyə dair" statistik müayinədir . Əhalinin qarşılaşdığı məhrumiyyətlərlə bağlı sorğunun məqsədi mümkün məhrumiyyət hallarına dair bilgi toplamaq və ev təsərrüfatlarının əsas istehlak tələbatlarını necə ödədiyini araşdırmaqdır. Bu baxımdan ev təsərrüfatları arasında ayrı-ayrı minimum vacib fizioloji tələbatlar, şəxsin fiziki inkişafıyla bağlı minimum istehlak təminatı və rifah səviyyəsi öyrənilib. Dövlət Statistika Komitəsi sözügedən araşdırmanı Avropa Birliyi ölkələrində icbari qaydada aparılan "Gəlirlər və həyat şəraiti statistikası (EU SILC)" sorğusunun metodologiyası əsasında gerçəkləşdirib.

Ət yeməyə imkanı olmayanın lobyaya gücü çatır?

Avropa Statistika Bürosunun metodologiyasına görə, əhalinin maddi məhrumiyyətə məruz qalıb-qalmaması 9 əlamət əsasında müəyyənləşdirilir: 1) Kirayə haqqını, ipoteka və ya kommunal xərcləri ödəmək; 2) Evdə gərəkli istiliyi təmin etmək; 3) Gözlənilməyən halda 190 manatlıq xərci (2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri) borc almadan şəxsi büdcəsindən ödəmək; 4) Günaşırı ət, toyuq, balıq və yaxud onların vegetarian ekvivalentində (lobya, mərcimək, noxud) ərzaq məhsullarından hazırlanan yeməklərlə qidalanmaq; 5) İldə azı bir həftə evdən kənarda dincəlmək; 6) Televizoru olmaq; 7) Paltaryuyan maşını olmaq; 8) İşlənmiş avtomobili olmaq; 9) Telefonu olmaq.

Metodologiyaya görə, ev təsərrüfatı o zaman maddi məhrumiyyətli sayılır ki, 9 əlamətdən, ən azı, 3-nü qarşılamağa imkanı çatmır. Ev təsərrüfatının kəskin maddi məhrumiyyətli sayılması üçünsə 9 əlamətdən, ən azı, 4-nü qarşılamağa maddi imkan çatmamalıdır.

Regionlarda hər üç evdən cəmi birinin genişzolaqlı internetə çıxışı var

"Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin yekunları" adlı sənəddə göstərilən rəqəmləri müstəqil ekspertlər birmənalı qəbul etmir. Bununla belə, hansı sahə və bölgələrdəki məhrumiyyətlərin digərlərinə nisbətən daha çox olmasını görmək baxımından bu sənədin faydasını danmaq olmaz.

Məsələn, pandemiya ilində dərs və bəzi işlərin onlayn olduğu bir şəraitdə evində internetə qoşulmuş hər hansı kompüteri və ya telefonu olmayan ev təsərrüfatlarının xüsusi çəkisi Bakı şəhərində 6, Şəki-Zaqatala iqtisadi rayonunda isə 17 faizə bərabər olub. DSK-nın "şəhər və kənd yerləri üzrə uzun müddət istifadə olunan əşyaların mövcudluğu" adlı hesabatına görə isə, Azərbaycanda ölkə üzrə hər 100 ev təsərrüfatına düşən internetə giriş qurğularının sayı 63-dür. Bu göstərici şəhərlərdə 73-ə, kəndlərdə isə 50-yə bərabərdir. Hər 100 ev təsərrüfatının 45-də (şəhərlərdə 53, kəndlərdə 36) fərdi kompüter və ya noutbuk var. Rəsmi məlumata görə, Azərbaycanda sabit genişzolaqlı şəbəkədən istifadə səviyyəsi təxminən 55 faizdir . Amma bu göstərici regionlar üzrə ciddi fərqlənir. Məsələn, Bakıda ev təsərrüfatlarının 74, regionlarda isə 34 faizinin bu şəbəkəyə çıxışı təmin olunub. Yəni, bölgələrdə, ən yaxşı halda, hər üç evdən birinin genişzolaqlı internetə çıxışı var.

Ən çox məhrumiyyət Quba-Xaçmaz bölgəsindədir

İqtisadi rayonlar arasında məhrumiyyətlər və sosial inklüzivliklə bağlı göstəricilərin ən yüksək olduğu region Quba-Xaçmaz iqtisadi rayonudur (Bu iqtisadi rayon Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə edir). Məsələn, pulu olmadığına görə paltaryuyan maşın ala bilməyən ev təsərrüfatlarının xüsusi çəkisi Quba-Xaçmaz iqtisadi rayonunda 17.2 faizdir. Bakıda və Naxçıvan Muxtar Respublikasında bu göstərici 3 faizi aşmır.

Ayda, ən azı, bir dəfə dostları/ailəsi/qohumları ilə yemək yeməyə maddi imkanı olmayan ev təsərrüfatlarının (onların ümumi sayında) xüsusi çəkisinə görə də lider bölgə Quba-Xaçmaz iqtisadi rayonudur. Rəsmi rəqəmlərə görə, Naxçıvan Muxtar Respublikasında bütün ev təsərrüfatlarının 0.7; Lənkəran iqtisadi rayonunda və Bakıda isə 2.7 faizi bu məhrumiyyətləri yaşayırsa, Quba-Xaçmaz iqtisadi rayonunda bu göstərici 10 faizə çatır.

Kirayə haqqını, kreditləri və qohum və dostlardan əldə edilən borcları tam və vaxtında ödəməyə, günaşırı ət, toyuq, balıq və yaxud onların vegetarian ekvivalentində (lobya, mərcimək, noxud) ərzaq məhsullarından hazırlanan yeməklərlə qidalanmaq imkanına malik olmaq, gərəkəndə özəl tibb ocaqlarında baha olmayan tibbi xidmətlərin dəyərini ödəmək kimi istiqamətlərdə də ən yüksək məhdudiyyət səviyyəsi məhz Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb.

Paytaxt sakinlərinin işlənmiş maşın almaq arzusu gözündə qalır?

Araşdırmanın nəticələrinə görə, ən yüksək məhdudiyyət göstəricisi qeydə alınan istiqamət "pulu olmadığına görə işlənmiş minik avtomobili ala bilməyən ev təsərrüfatları"nın sayı ilə bağlıdır. Ölkə üzrə ev təsərrüfatlarının təxminən 60 faizə yaxını maddi imkanının işlənmiş minik avtomobili almağa yetmədiyini bildirib. Maraqlıdır ki, digər məhdudiyyət göstəriciləri üzrə ən aşağı göstəriciləri olan Bakı bu göstərici üzrə ən yüksək məhdudiyyət səviyyəsinə malikdir. Azərbaycan paytaxtında rəyi soruşulan ev təsərrüfatlarının 69.3 faizi işlənmiş minik avtomobili almaq imkanının olmadığını bildirib. Gəncə-Qazax iqtisadi rayonunda və Naxçıvan Muxtar Respublikasında bu göstərici 53-54 faizdir.

XS
SM
MD
LG