Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:45

Cavid Hüseynovun işi ayrıldı: "Prokurorluq ona kömək edir"


Cavid Hüseynov
Cavid Hüseynov

►Vəkil: "Biz hələ istintaqın gedişində dəfələrlə bildirmişdik ki, prokurorluq Cavid Hüseynova kömək edir"

Döyülərək öldürülən jurnalist Rasim Əliyevlə bağlı cinayət işi üzrə ittiham aktı təsdiqlənib və iş materialları dekabrın 22-də məhkəməyə göndərilib. Lakin futbolçu Cavid Hüseynovun işi ayrılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İŞ AYRICA MƏHKƏMƏYƏ GÖNDƏRİLMƏK MƏRHƏLƏSİNDƏDİR”

Xatırladaq ki, jurnalistin ölümü ilə əlaqədar ümumilikdə altı nəfər həbs olunub ki, onlardan biri də "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynov idi.

Digər beş nəfər Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Onlara qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərdən Elşən İsmayılov və Arif Əliyev həm də CM-nin 177.1-ci (oğurluq) maddəsilə ittiham olunur. Buna səbəb isə Rasim Əliyev döyülərkən yerə düşmüş pulqabı və telefonunun götürülməsidir.

Cavid Hüseynova gəlincə, prokurorluğun məlumatında qeyd olunur ki, futbolçunun CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə və gizlətmə) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi də ayrıca məhkəməyə göndərilmək mərhələsindədir.

Buna da bax: Bayramqabağı vağzallarda sıxlıq- [Video]

PROKURORLUQ FUTBOLÇUYA KÖMƏK EDİR?

Yaxınları Rasim Əliyevin məzarı başında
Yaxınları Rasim Əliyevin məzarı başında

İş üzrə zərərçəkmiş Rasim Əliyevin valideynlərinin vəkili Əsabəli Mustafayev AzadlıqRadiosuna açıqlamasında bildirib ki, cinayət işinin istintaqı başa çatandan və tərəflər iş materialları ilə tanış olandan sonra Cavid Hüseynovla bağlı icraatın ayrılması qanunsuzluqdur.

Vəkilin sözlərinə görə, bu addım atılırdısa belə, istintaqın gedişi zamanı olmalıydı. Əsabəli Mustafayevin fikrincə, bu qərar prokurorluğun Cavid Hüseynova yardım etdiyini bir daha təsdiqlədi:

"Biz hələ istintaqın gedişində dəfələrlə bildirmişdik ki, prokurorluq Cavid Hüseynova yalnız cinayəti gizlətmə ittihamı verməklə ona kömək edir. Şübhələrimiz özünü doğruldur".

Xatırladaq ki, jurnalist Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və ayın 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb isə jurnalistin "Facebook" səhifəsində futbolçu Cavid Hüseynovu tənqid edən status yazması olub.

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

XS
SM
MD
LG