Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:34

“Ağlı olan burda çimməz, bunlar üstəlik pul da verirlər”


►“Özüm bakılı ola-ola, dənizə həsrətəm”

Hövsan bağları başlar-başlamaz, pullu çimərliklər də sahilboyu sıralanır. Müxtəlif adda, müxtəlif qiymətə ailəvi çimərlik mərkəzlərinin uzunluğu bir kilometri də ötür. Hövsan bitsə də, pullu çimərliklər Türkanda davam edir: “Dalğalı sahil”, “Türkan sahili”, “Xəzər”...

Ailəvi çimərlik mərkəzləri qapılarını artıq indidən müştərilərin üzünə açıblar. Düzdür, müştəri, demək olar, yoxdur, havalar tam isinmədiyindən təkəmseyrək gözə dəyir.

Bu çimərliklərlə üzbəüz yerləşən bağlarda yaşayan sakinlərin payına düşən çimərliksə il-ildən azalır. Yarısına neft qurğularının yerləşdirilidiyi, yarısı qamışlıq olan sahilə sığınıblar, yayda özlərini burda quma basdırır, günə verir, dənizdə çimirlər.

Əslən Hövsandan olan Məmməd deyir: “Yəqin buralarda yeni heç nə tikməzlər. Buralar neft şirkətinindir, onların burda avadanlığı, qurğusu var. Onları hər il “svarka”yla kəsib dənizə buraxırlar. Burda nəsə tiksələr, həmin qurğuları hara qoyacaqlar?”

Amma Məmmədin dediyi həmin ərazi artıq tən yarı bölünüb, daşdan barı çəkilməkdədir.

“BİR OVUC DƏNİZ DÜŞÜB KASIBA”

Otuz ilə yaxındır Hövsanda bağ evi olan Şəfiqə Qurbanova son iki-üç ildə sahilin zəbt olunduğunu, çimməyə “bir ovuc dəniz” qaldığını bildirir.

“Yayda iynə atsan, yerə düşməz burda. Sağa dönürsən, adama dəyirsən, sola da dönürsən, yenə elə. Bağ evlərinin sayı artır, amma “plyaj” gün-gündən balacalanır. Bir ovuc dəniz qalıb kasıba. Budur ey burdan ora uzanıb çimərliklər, ucu-bucağı yox. Adamın biri 10 manat. Mənim evim burda ola-ola, niyə 10 manat verib çimməliyəm?”

Rəfiqə Qurbanovanın fikirlərini qonşusu davam etdirir: “Biz bura köçəndə adam az idi. Gələnlərin çoxu da bağda yaşayanlar idi, hamı bir-birini tanıyırdı, etibar edirdi. İndi hər yan hasarlanıb. Yayda sərxoşların əlindən çölə çıxmağa da qorxursan”.

____________________________________________________________

Bunlara da bax:
"Arvadımla bir yerdə işləyə bilmərəm?" - Bayraq meydanı işi
Azərbaycanda gizli hökumət də var?

____________________________________________________________

“HAMIMIZA ÇATAR”

Səma İbrahimlisə başqa fikirdədir:

“Pullu çimərlikdə sahil də təmiz olur, suyun yosununu təmizləyirlər. Daldalanmağa, soyunmağa yer var. Narazı qaldığım duş kabinələrinin və tualetin təmiz olmamasıdır. Burdakı uzanacaqlar, oturacaqlar da vaxtaşırı yuyulub təmizlənmir. Bunlar düzəlsə, mən pullu çimərliyin olmasında pis bir şey görmürəm. Dəniz kimi sahili də böyükdür, hamımıza çatar”.

“MƏN ÖZÜM BAKILI OLA-OLA, DƏNİZƏ HƏSRƏTƏM”

Ailəsini balıq tutmaqla dolandıran Rahim Musayev bir gözü dənizdə əsəbi şəkildə etiraz edir:

“Pullu çimərlik də bir olar, üç olar, daha bu qədər olmaz ki. Özüm bakılı balasıyam, amma dənizə həsrət qalmışam”.

Toruna balıq düşdüyünü zənn edən həmsöhbətimiz söhbətə ara verir. Ancaq əksini görüb bir az da əsəbiləşir:

“Dənizdəki balığa da, onun sahilinə də, qumuna da yiyələniblər”.

Hövsan kəndindən olan, burdakı ailəvi çimərlik mərkəzlərindən birində çalışan Ramiz belə deyir: “Hövsanın suyu onsuz da çimməyə yararlı deyil. Natəmizdir. Bir yandan neft-qaz, bir yandan kanalizasiyanı buraxırlar. Yay olanda bizim uşaqlar başqa yerə gedirlər, Türkandan üzü o tərəfə. Orda su dumdurudur... Ağlı olan gəlib burda çimməz, bunlar üstəlik pul da verirlər”.

Həmin ailəvi çimərlik mərkəzlərindənsə heç kimlə danışa bilmədik. Ya rəhbərlik yerində olmadı, ya “ehtiyac görmədilər”.

Bütün razılıq və narazılıqlara rəğmən ailəvi çimərlik mərkəzləri, təndirxanalar, çimərlik ləvazimatı satan dükanlar, restoran və kafelər artıq müştərilərini gözləyirlər. Restoran və kafelər yavaş-yavaş samovar çayı, təzə balıqla mövsümü açıblar.

Qiymətlər? İki nəfər bej balığı yesə, buna 26 manat ödəməlidir. Balığı isə elə burda özləri tuturlar, bunu divarboyu sərilən torlardan bilmək olar. Hərçənd yerli balıqçılar bu cür “birdəfəlik torlar”ın balığın qənimi sayır, onun kökünü kəsdiyini deyirlər. Bu haqda artıq başqa reportajda.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar
Günün hadisələri Azadlıq Radiosunda (2 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

XS
SM
MD
LG