Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Dollar istəyirsən, vəsiqəni ver...


►"Belə olduqda manat tez bir zamanda “qiymətə minəcək”"

Ekspertlər hesab edirlər ki, valyuta bazarında baş verən proseslər ona gətirib çıxaracaq ki, yaxın vaxtlarda valyutadəyişmə məntəqəsində manat verib xarici valyuta alanda, və ya dollar verib manat istəyəndə şəxsiyyət vəsiqəsini təqdim etmədən keçinmək olmayacaq.

Rusiyada, Ukraynada olanlar bilir ki, valyuta alıb-satanda hökmən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlisən. Əks halda pulun əlində qalacaq. Bizdə də proseslər buna doğru gedir.

İqtisadçı Samir Əliyev deyir ki, valyutadəyişmə məntəqələrindəki (VDM) "liberallıq" dövrü artıq başa çatmaq üzrədir. Hələ ki valyuta mübadiləsində məhdudlaşdırma böyük həcmli pullara tətbiq edilir.

“Vəziyyət bir qədər də qəlizləşsə, bir müddətdən sonra xüsusi blank doldurmaq proseduru tətbiq edilə bilər”. (Ardı aşağıda)

Dolların qara bazarı...(VİDEO, ŞƏRH)
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Ekspertin sözlərinə görə, VDM-lərdə mübadilə olunan valyutanın hərəkətinə bir sıra hallarda nəinki Mərkəzi Bank, heç aid olduqları banklar belə nəzarət edə bilmir. Nəticədə bir sıra hallarda iri məbləğdə vəsaitlər bank sektoruna daxil olmadan birbaşa valyutadəyişmə məntəqələri vasitəsilə satılır. Manat dollara çevrilərək ya ölkədən çıxarılır, ya da ən yaxşı halda yastıq altında “ölü kapital”a çevrilir.

Hüquqşünas Qurban Məmmədov da deyir ki, dollar harda satılır-satılsın, ancaq rəsmi sənədlə, şəxsiyyət vəsiqəsi ilə olsun. Belə olduqda manat tez bir zamanda “qiymətə minəcək”.

O hesab edir ki, bu addımdan sıravi vətəndaşlar əziyyət çəkməyəcək, çünki onların onsuz da dəyişəsi pulları yoxdur.

“Dolları alıb xaricə ötürənlər rüşvətxor, korrupsioner adamlardır. Valyuta alış-verişi rəsmiləşdirilməlidir ki, dövlət kimin oğru olduğunu bilsin”. Qurban Məmmədov belə deyir.

Hüquqşünas deyir ki, mal və xidmətlərin idxal və ixracı ilə məşğul olanlara gəldikdə isə, onlar bank vasitəsilə istədikləri qədər mübadilə və köçürmələr etsinlər.

Buna da bax: Bacasız binada tüstüdən boğulanlar

Bank sekturu üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadisuna bildirib ki, hazırkı qaydalaraya görə, 5000 ABŞ dollarından artıq mübadilə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur. İndi qaydanın sərtləşdirilməsini və məbləğdən asılı olmayaraq şəxsiyyət vəsiqəsinin təqdim olunmasını isətəyənlər var.

“Məntiqi baxımdan başa düşmürəm ki, bu dollar alışını necə azalda bilər. İri oyunçular onsuz da manatını dəyişəcək. Bunun yalnız az pulu olanlara psixoloji təsiri ola bilər”.

Əkrəm Həsənov güman edir ki, bir çoxu qorxuya düşə bilər ki, adı haradasa “siyahıya düşəcək” və s. “Bəlkə də növbələri bir qədər azaldacaq. Çünki 100 manatını dəyişməyə gətirənlər azalacaq. Lakin ümumi məbləğə ciddi təsiri olmayacaq”.

Hələlik Mərkəzi Bank bu məlumatları şərh etmir.

Qanunvericiliyə görə, banka 20000 nağd pul gətirən haqda bank Maliyyə Monitorinq Xidmətinə məlumat verməyə borcludur. Bank isə bu pulun mənbəyi haqda onun sahibinə sorğu edə bilər. Güman etmək olar ki, son bir il ərzində Mərkəzi Bankın əriyən valyuta ehtiyatlarının “hərəkət trayektoriyası” haqda bu dövlət qurumunda məlumat var.

Mərkəzi bankın məlumatına görə, 2014-cü il noyabrın 31-dən bu ilin noyabrın 31-dək onun valyuta ehtiyatları 14 milyard 996, 3 milyon ABŞ dollarından 6 milyard 25,6 milyon dollara düşüb.

Yalnız dollar qəbul edən "dilənçi"
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

XS
SM
MD
LG