Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:36

Sosial yaşayış binalarından xəbər var...


Bakıda hündürmərtəbəli bina (arxiv fotosu).
Bakıda hündürmərtəbəli bina (arxiv fotosu).

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyindəki “MİDA” MMC Yasamal rayonu ərazisində tikiləcək 29 yaşayış binasının doqquzunu hansı şirkətlərə tapşırdığını açıqlayıb. İki ay sürən tenderin qalibləri «Hünər-İnşaat» firması və «NN Group» MMC-dir.

Martın 8-də təqdim olunan məlumata görə, 4 binanın tikintisi üçün «Hünər-İnşaat» firması ilə martın 1-də bağlanmış müqavilənin qiyməti 12 milyon 593,9 min manatdır. «NN Group» MMC isə 5 bina tikəcək. Bu şirkətlə 16 milyon 217,1 min manatlıq müqavilə bağlanıb.

Buna da bax:​ Əlil: '1 ay keçdi, vədlər yerinə yetirilmədi'

Qaliblər haqqında bilinənlər

Bütövlükdə 9 binanın tikintisi dövlətə toplam 28,8 milyon manata başa gələcək. Nə tender elanında, nə də onun nəticələrinə dair məlumatda binaların mərtəbə və mənzil sayı bildirilmir. İnşaat işlərinin nə zaman tamamlanacağı barədə də bilgi verilmir.

Qalib «Hünər-İnşaat» firmasının yalnız yaranma tarixi haqda məlumat var – 1997-ci il. «NN Group» MMC isə korporativ internet səhifəsində özünü, əsasən, kommunikasiya xətləri çəkən şirkət kimi tanıdır. Onu 2009-ci ildə Natiq Məhəmməd oğlu Hümmətov qurub.

Yasamal Yaşayış Kompleksi ərazisində şaquli planlaşdırmanı, yol, səki və istinad divarlarının tikintisini, abadlıq və yaşıllaşdırma işlərini «11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi» MMC icra edəcək. 2015-ci ilin oktyabrında 1 milyon manat kapitalla qurulan bu müəssisəyə 7 milyon 316 min manatlıq iş tapşırılıb.

Buna da bax: 2000-ə yaxın sosial mənzil tikilməsi gözlənilir

Yasamalda cəmi 1854 sosial mənzil olacaq

Hazırda «MİDA» MMC daha 7 yaşayış binasının tikintisi üçün podratçı şirkət seçməkdədir (http://mida.az/az/newsread/65/).

«MİDA» MMC-nin Yasamal Yaşayış Kompleksi «Qanlı göl» yaxınlığında, 11,6 hektar ərazidə inşa olunur. Tikiləcək binaların 17-sinin ikibloklu və doqquzmərtəbəli, 12-sininsə birbloklu və 12 mərtəbəli olması planlaşdırılır. Bu binalarda toplam 1854 mənzil olacaq. Bütün mənzillər tam təmirli və mətbəx mebeli quraşdırılmış şəkildə satılacaq.

Buna da bax:​ 'Güzəştli mənzil' sistemi yaradılır

Mənzil İnşaatı Dövlət Agentliyi "vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək» məqsədilə prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. «MİDA» MMC onun tabeliyindədir.

XS
SM
MD
LG