Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:39

Arvadını vəzifəyə qoymuş diktatorlar


Rumıniyada Nicolae və Elena Ceausescu-ların güllələndiyi yer.
Rumıniyada Nicolae və Elena Ceausescu-ların güllələndiyi yer.

1965-86-ci illərdə Filippinə rəhbərlik etmiş diktator Ferdinand Markos-un (1917-1989) qurduğu avtoritar rejim təkcə korrupsiya və basqılara görə yox, həm də həyat yoldaşı Imelda Markos-a (1929) görə tanınırdı. "Dəmir Kəpənək", ya da "Polad Kəpənək" ləqəbli Imelda bir ara hakimiyyətə gəlməyə də çalışıb. Ferdinand iqtidardan düşəndən sonra cütlük Havay adalarına yerləşib. 5 il sonra Imelda hakimiyyətə gəlməyə çalışsa da, bu alınmır.

Imelda-nın ayaqqabıları

Imelda Markos
Imelda Markos

Imelda Markos hakimiyyətə olduğu kimi, geyim-keçimə çox düşkün qadınmış. Özəlliklə ayaqqabılara. Onun əməlli-başlı ayaqqabı kolleksiyası olub. Diktatorun xanımının düz 2 min 700 cüt ayaqqabısı varmış. Ferdinand Markos-un hakimiyyəti dövründə Filippin ağır iqtisadi durumdaymış. Ancaq ər-arvad Markos-ların parıltılı həyatı həmişə gündəmdə olurmuş. Imelda Markos ərinin hakimiyyəti dövründə Avropa və Amerikaya 5 milyon dollarlıq alış-veriş turlarına çıxırmış. Cütlüyün bu bədxərcliyinə, hakimiyyətin korrupsiyalaşmasına üsyan edən Filippin xalqı Markos hökumətini sonda üsyanla devirir. Devriləndən sonra illərlə Havay adalarında sürgündə yaşayan Imelda sonradan ölkəsinə qayıda bilir. Təmtəraqlı həyatından xatirə qalan ayaqqabı kolleksiyasındansa muzey yaradır.

Buna da bax:​ Diktator arvadının 2500 cüt ayaqqabısı var

Elena həm də baş nazirin müavini idi

Prezident Nicolae və Elena Ceausescu, 14Okt1988
Prezident Nicolae və Elena Ceausescu, 14Okt1988

Rumıniya diktatoru Nicolae Ceausescu-nun həyat yoldaşı Elena Ceausescu hər addımda əriylə birlikdəydi. Hətta edam olunanda da onu "tək buraxmadı". Elena hakimiyyətdə də təmsil olunurdu. Baş nazirin birinci müavini idi. İsrafçı Elena əri Nicolae ilə hakimiyyət divarları arasında – Rumıniya Kommunist Partiyasında tanış olmuşdu. 1939-cu ildə evlənmişdilər.

Rumıniyada məxməri inqilabın 25-ci ildönümü qeyd edilir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Nicolae Ceausescu hakimiyyətə gəldiyi ilk illərdə xalqa daha yumşaq görünürmüş. Qərbə meylli xarici siyasəti Avropa və Amerikada ona simpatiya da qazandırmışdı. Nicolae Qərbə gülərüzlü, ölkəsinə dəmir yumruq olur. Nicolae 1980-ci ildə həyat yoldaşı Elena-nı baş nazirin müavini vəzifəsinə gətirir. Bu həmin illər idi ki, Rumıniyada media susdurulmuş, radiolar bağlanmışdı. Hər 30 nəfərdən biri gizli rejim polisi idi. Ölkə ağır iqtisadi durumdaydı. Xalq bu duruma 9 il dözür. 1989-cu ildə qanlı inqilab baş verir. Hərbi məhkəmə ər-arvad Ceausescu-ları güllələyir. Elena güllələnəndə 73 yaşı vardı. Ölümündən sonra xalq televizorda Elena-nın almaz düzülmüş ayaqqabılarına, parıltılı evinə, qızıl haşiyəli mebelinə baxırdı.

Buna da bax: Rumıniya - Nicolae Ceausescu

Otellər, banklar, ticarət mərkəzləri...

Tunis keçmiş prezident Zine El Abidine Ben Ali və arvadı Leyla Ben Ali. 11Okt2009
Tunis keçmiş prezident Zine El Abidine Ben Ali və arvadı Leyla Ben Ali. 11Okt2009

Deyilənə görə, tunislilər prezident Zeynal Abidin ben Alidən çox, onun həyat yoldaşı Leyla Ben Ali-yə (Leïla Ben Ali) nifrət edirmişlər. 1992-ci ildə Zeynal Abidin ben Ali ilə ailə qurandan sonra Leyla Tunisin ən böyük şirkətlərinə yiyələnir. Çimərlik sahilindəki villasına şirniyyatlar Parisdən gətirilirmiş. Xalq aclıq çəkən dövrdə onun pələngi gündə 4 toyuq yeyirmiş. Otellər, banklar, ticarət mərkəzləri, media qurumları. Leylanın prezidentlə evliliyi sayəsində onun ailəsi Tunis iqtisadiyyatının yarısına sahiblənmişdi. 2011-ci ildə 23 illik diktator devriləndən sonra xalq Leylaya olan qəzəbini onun evlərini yandırmaqla söndürmüşdü. Leyla Səudiyyə Ərəbistanına qaçanda təyyarəyə minmək istəməyən ərinə "cəld təyyarəyə min, axmaq" deyimi ilə də yaddaşlarda qalıb.

Buna da bax:​ Atadan oğula keçən diktatura...

3 aya 16 milyon dollar

Haiti prezidenti Jean-Claude Duvalier və arvadı Michèle Bennett
Haiti prezidenti Jean-Claude Duvalier və arvadı Michèle Bennett

Ölkəsi yoxsul, özü təmtəraqlı həyat keçirən birinci xanımlardan biri Haitinin First Lady-si Michèle olub. Əri Jean-Claude hakimiyyəti atasından almışdı. Michèle-lə evlilik təkcə 1981-ci ilin üç ayı ərzində büdcədən 16 milyon dolların çırpışdırılmasına səbəb olmuşdu. Pullar xəz dərilərə, zinət əşyalarına, Paris bazarlıqlarına, bahalı pal-paltara, şampan məclislərinə, vanna otaqlarının qızıl və lacivərd daşlarla bəzədilməsinə gedirdi. Bu dönəmdə haitililərin nə kanalizasiyaları, nə də asfalt yolları vardı.

Korrupsiyalaşmış hakimiyyətə dözməyən iqtisadiyyat tədricən çökməyə başlayır. Minlərlə insan ölkədən qaçır. Elə durum yaranır ki, 1986-cı ildə Jean-Claude və Michèle də ölkədən qaçır. Həmin vaxt Michèle bahalı çantalarını xalqdan oğurladıqları pullarla doldurub aradan çıxır.

XS
SM
MD
LG