Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:41

Naxçıvanda mindən çox əcnəbi tələbə təhsil alır


İllüstrativ foto
İllüstrativ foto

Azərbaycanda hər üç əcnəbi tələbədən biri Türkiyədən gəlib

Təhsil Nazirliyinin 2020-2021-ci illə bağlı göstəricilərindən aydın olur ki, Azərbaycanın ali və orta ixtisas təhsili ocaqlarında 89 ölkədən 6 min 500 nəfərdən çox əcnəbi şəxs təhsil alır.

Ən çox əcnəbi tələbə Türkiyədən gəlib. Ölkədəki belə tələbələrin 35 faizə yaxını məhz Türkiyədəndir. Sonrakı üç yeri də etnik azərbaycanlıların yaşadığı ölkələr –İran, Gürcüstan və Rusiya tutur.

Cədvəl: 2020-2021-ci tədris ilində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsili (ölkələr üzrə ilk 10-luq)

Ölkə

Tələbələrin sayı (nəfər)

1

Türkiyə

2 min 367

2

İran

1 min 63

3

Gürcüstan

692

4

Rusiya

640

5

İraq

392

6

Nigeriya

155

7

Suriya

136

8

Türkmənistan

128

9

Hindistan

123

10

Pakistan

111

Ölkədə ən çox əcnəbi tələbə Azərbaycan Tibb Universitetidir (ATU-dur). 2 min 244 nəfər, yəni Azərbaycanda təhsil alan əcnəbi tələbələrin təxminən 35 faizi ATU-da təhsil almaqdadır.

Maraqlıdır ki, əcnəbi tələbələrin sayına görə ikinci yerdə olan universitet paytaxt Bakıda deyil, Naxçıvanda fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetidir. 1043 əcnəbi tələbə, yəni ölkədə təhsil alan hər 6 əcnəbidən biri məhz Naxçıvanda oxuyur.

Müqayisə üçün vurğulana bilər ki, Bakıda dövlət universitetində bu göstərici təxminən üç dəfə az – 328 nəfərdir.

Cədvəl: 2020/21-ci tədris ilində ən çox əcnəbi tələbələrin təhsil aldığı ilk 10 ali təhsil ocağı

Ölkə

Tələbələrin sayı (nəfər)

1

Azərbaycan Tibb Universiteti

2 min 244

2

Naxçıvan Dövlət Universiteti

1 min 43

3

Azərbaycan Memarlıq və İnşaat Universiteti

443

4

Azərbaycan Dövlət İqtisad Universiteti

355

5

Bakı Dövlət Universiteti

328

6

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

260

7

Azərbaycan Texniki Universiteti

193

8

Azərbaycan Dövlət Pedoqoji Universiteti

144

9

Xəzər Universiteti

137

10

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

122

Azərbaycanlılar xaricdə ən çox hansı ölkələrdə oxuyurlar?

Nazirliyin ötən tədris ilinə dair hesabatında diqqətçəkən məqamlardan biri də xaricdə təhsil almış şəxslərin diplomlarını təsdiqlətməklə bağlı müraciətləridir.

Rəsmi rəqəmlərdən aydın olur ki, ötən il Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) bu məqsədlə 2 min 757 müraciət daxil olub.

Qurum bu müraciətlərdən 2 min 91-inə müsbət rəy verib. Təhsil haqqında 666 sənədin tanınmasındansa imtina edilib. Bu sayda imtinadan 397-i, yəni 60 faizinin səbəbi “tədris yükünü mənimsəmək üçün təhsil ölkəsində tələb olunan müddətin ödənilməməsi” göstərilib.

Daha 215 imtina müraciət edən şəxslərdə tədris dilinin qənaətbəxş səviyyədə olmaması ilə əsaslandırılıb.

Diplomlarını təsdiqlətmək istəyənlərin 861 nəfəri, yəni təxminən üçdə biri diplomunu Ukranyada alıb. İlk üçlükdəki digər iki ölkə Rusiya və Türkiyədir. Bütövlükdə bütün müraciətlərin 80 faizi bu üç ölkənin payına düşüb.

Cədvəl: Xaricdə təhsil almış şəxslərin əldə etdikləri diplomların tanınması ilə bağlı müraciətləri (ölkələr üzrə)

Ölkə

Diplomun tanınması ilə bağlı müraciət sayı

1

Ukrayna

861

2

Rusiya

707

3

Türkiyə

650

4

Gürcüstan

145

5

Böyük Britaniya

72

6

İran

54

7

Belarus

36

8

Qazaxıstan

24

9

İtaliya

21

10

Şimali Kipr Türk Respublikası

18

11

Çin

17

12

Macarıstan

17

13

ABŞ

15

14

Digər

120

Diplomların tanınmasına məsul qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu ilin əvvəlində yayımladığı açıqlamada bildirilirdi ki, 2017-ci ildən bəri verilən imtinaların 25 faizi bütövlükdə 10 ali təhsil müəssisəsini əhatə edir.

Bu univeristetlərin çox hissəsi Rusiya və Ukraynada yerləşir. Ən çox imtina alan müraciətçilərin məzun olduqları ali təhsil müəssisələri arasında ilk beşlikdə Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası və V.N.Karazin adına Xarkov Milli Universiteti yer alıb.

Bu universitetlərdə təhsil almış 533 məzunun müraciətinə imtina cavabı verilib. Diplomu tanınmayan universitetlər arasında Dağıstan Dövlət Pedaqoji Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Gürcüstan Texniki Universiteti və digərlərinin də adı var.

XS
SM
MD
LG