Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:30

Deputat saxlanan jurnalistin tənqidi yazılarına rast gəlməyib


F.Mustafa
F.Mustafa

«Jurnalist Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana gətirilməsinin hüquqi əsasları öyrənilməlidir. Əgər şəxs barəsində əvvəlcədən saxlanma qərarı verilibsə, bu saxlanma əsaslıdır». Bunu deputat Fazil Mustafa bildirib.

Deputatın deməsinə görə, hüquqdan kənar addım atılıbsa, bu da öyrənilməlidir və eyni zamanda, Azərbaycan-Gürcüstan hüquqi əməkdaşlığının nələrə yol verdiyini bilmək lazımdır:

«Baxın, Türkiyənin nümunəsində bunu görmək olar. Yunanıstanla hüquqi əməkdaşlığa dair saziş var, amma buna əməl edilmir. Yunanıstan Türkiyənin tələb etdiyi şəxsləri vermir. Həm də Gürcüstan Azərbaycanla qonşu ölkədir, sabah onun üçün hansısa arzuedilməz şəxsin Azərbaycanda olmasını istəməz».

F.Mustafa deyib ki, Ə.Muxtarlının həbsinin motivi ona bəlli deyil. Ə.Muxtarlının hakimiyyətə münasibətdə elə bir tənqidi yazılarına da rast gəlməyib:

«Amma istənilən halda bu həbslə bağlı hansısa ziddiyyət varsa bu öyrənilməlidir»,-deyə deputat vurğulayıb.

Əfqan Muxtarlı döyüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

XATIRLAMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlanıb. Dünən mayın 30-u Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.

«Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq»,-deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi.

XS
SM
MD
LG