Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:43

ABŞ Əfqanıstan Mərkəzi Bankının aktivlərini dondurur


Arxiv fotosu
Arxiv fotosu

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, aprelin sonunda mərkəzi bankın ümumi rezervləri 9.4 milyard dollara bərabər olub

Birləşmiş Ştatlar Əfqanıstan Mərkəzi Bankının ABŞ hesablarından aktivlərini donduraraq Talibanı milyardlarla dollardan məhrum edib.

“Əfqanıstan hökumətinin Mərkəzi Bank vasitəsilə Birləşmiş Ştatlardakı aktivləri Taliban üçün əlçatan olmayacaq”, – ABŞ administrasiyasının rəsmisi avqustun 18-də deyib.

Prezident Co Bayden administrasiyası qərarı həftəsonu verib. Taliban avqustun 15-də paytaxt Kabili tutaraq Qərbin dəstəklədiyi hökuməti devirib.

9.4 milyard dollarlıq rezerv

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, aprelin sonunda mərkəzi bankın ümumi rezervləri 9.4 milyard dollara bərabər olub.

Bu ehtiyatların çoxunun Nyu York Federal Ehtiyatlar Bankında və ABŞ-dakı digər maliyyə institutlarına saxlandığı güman edilir. Aktivlərə dollar, qızıl, ABŞ dövlət istiqrazları daxildir.

Taliban ABŞ-ın sanksiya siyahısında olduğundan Vaşinqton və müttəfiqləri yeni hökuməti tanıyanadək xaricdəki vəsaitə çıxışda çətinliklə üzləşə bilər.

Aktivləri dondurmaqdan başqa, Vaşinqton Əfqanıstanda Beynəlxalq Valyuta Fondu və dünya Bankı beynəlxalq təşkilatların yardımını da bloklaya bilər.

Dünyanın ən yoxsul ölkələrindən olan Əfqanıstan xarici yardımdan çox asılıdır. Hökumət büdcəsinin 75 faizini bu yardım təşkil edir.

XS
SM
MD
LG