Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:45

Əfv edilənlər evlərinə gəldilər (VİDEO)


Ömər Məmmədov: Təhsilimi davam etdirəcəyəm
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Ömər Məmmədov: Təhsilimi davam etdirəcəm

►Martın 17-də prezident İlham Əliyevin fərmanı ilə əfv edilən məhbusları həbsxanadan buraxmağa başlayıblar.

AzadlıqRadiosunun müxbirlərinin hazırladığı reportajlar: (MƏTN aşağıda)

Rəşad Həsənov azadlıqda

Rəşad Həsənov: Bu bayram daha təcrübəli idim
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Rəsul Cəfərov azadlıqda

Rəsul Cəfərov azadlıqda!
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Yadigar Sadıqov azadlıqda

Yadigar Sadıqov: Əfv ərizəsi yazmamışdım deyə buraxılacağıma ümid etmirdim
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Sirac Kərimli azadlıqda

Sirac Kərimli azadlıqda
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Əfvi gözləmirdik

“Əvvəlki əfvləri gözləyirdik, ancaq bunu gözləmirdik. Ümumiyyətlə, götürəndə həbsdə olmaq ağır bir şey deyil. Ancaq ailəni, dostları düşünəndə adama ağır gəlir”.

Bunu AzadlıqRadiosuna prezidentin martın 17-də imzaladığı əfv sərəncamı azadlığa çıxmış Sirac Kərimli deyib.

Sirac Kərimlinin atası Raqif Kərimli isə əfv fərmanı haqqında bunları deyib: “Mənim iki oğlum həbsdə idi. İndi biri evdədir, biri yenə həbsdə qaldı. Ancaq buna da şükür”.

Yaxşıdır, amma yarımçıqdır...

Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, bu əfv ölkənin siyasi həyatı üçün vacib idi: “Bu ilk növbədə Bahar bayramı ərəfəsində siyasi məhbus ailələrinə bir hədiyyədir. Bu insanlar əslində heç bir günahları olmadan həbsdə yatıblar. Onların azadlığa çıxması təbiidir. Azərbaycandakı bütün ümumi siyası vəziyyətin mülayimləşməsi baxımından, ölkənin milli mənafeləri baxımından siyasi məhbusların azadlığa çıxması vacibdir. Ancaq təəssüf ki, bu qərar yarımçıq bir qərar oldu. Biz istərdik ki, bütün siyasi məhbuslar azadlığa çıxsın və ümumiyyətlə Azərbaycanda siyasi məhbus problemi olmasın”.

Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik maddə saxlama ittihamı ilə həbs olunaraq 6 il azadlıqdan məhrum edilib. Onu qardaşı, Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli hazırda həbsdədir. Fərəc Kərimli 2015-ci ilin mayında narktik saxlama ittihamı ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov: “Azadlığa çıxacağımı gözləyirdim”

“Mənim bundan sonrakı fəaliyyətim əvvəlki fəaliyyətimdən xüsusi olaraq fərqlənməyəcək. İnsan hüquq və azadlıqlarının qorunmasının vətəndaşlar üçün, ölkə üçün əhəmyyətinə inanan şəxs olmuşam. Əgər biz həqiqətən də indi hamının danışdığı kimi güclü dövlət istəyiriksə, insan hüquq və azadlıqlarınən müdafiəsi də güclü şəkildə həyata keçirilməlidir”.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Bunu azadlığa çıxandan sonra AzadlıqRadiosuna Rəsul Cəfərov deyib.

Rəsul Cəfərov həbsinin üçüncü ayında dövlət başçısına azadlığa buraxılmaq xahişi ilə müraciət etdiyini də bildirib:

Həmin müraciətdən sonra həm məhkəmələrin gedişi, həm proseslərin gedişindən gözləyirdim ki, mənim həbsdə qalmağımın nə hüquqi, nə də praktiki əsasları var. Həmişə o fikirdə olmuşam ki, mənim azadlığa çıxmağım həm mənim özümə, həm də dövlətə və cəmiyyətə daha yararlı olar.Ona görə həmişə ümidli olmuşam ki, vaxtından əvvəl azadlığa çıxacağam”.

Rəsul Cəfərov 2015-ci ilin aprelində 6 il 6 ay azadlıqdan məhrum edilib. O, 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunub. Sonradan pul mənimsəməkdə və saxtakarlıqda da ittiham olunub.

Tofiq Yaqublu: “Onlar bizim ömrümüzdən oğurlayıblar

“Bu hakimiyyətin utanmadan-qızarmadan şərləyib tutduğu adamların çölə çıxmasının dədə-baba klassik yolu var - əfv. Azərbaycanda məhkəmə sistemi yoxdur. Ədalət məhkəməsi yoxdur. Ona görə biz o anlamda gözləyirdik ki, əvvəl-axır bunun sonu olmalıdır. Cəmiyyətin, beynəlxalq təşkilatların, mütərəqqi Qərbin təzyiqləri nəticəsində bunlar bizi buraxa bilərlər”.

Bunu həbsdən çıxandan sonra AzadlıqRadiosuna müsahibəsində Müsavat başqanının müavini Tofqi Yaqublu deyib.

Azadlığa çıxmaq bizim haqqımız, hüququmuzdur

Tofiq Yaqublu bildirib ki, azad olunmaq bütün siyasi məhbusların haqqıdır: “Azadlığa çıxmaq bizim haqqımız, hüququmuzdur. O birilər də bir an gec olmadan, təcili çıxmalıdır, bu insanların haqqı geri qaytarılmalıdır. Amma mən düşünmürəm ki, bu rejim hakimiyyətdə olduğu dövrdə ədalət bərpa olunsun.

Tofiq Yaqublu
Tofiq Yaqublu

"Bizlərin azad olunması ədalətin bərpa olunmağı demək deyil. Onlar bizim ömrümüzdən oğurlayıblar. İnsanı qırmızı-qırmızı şərləyib tutub 3 il, 5 il 10 il saxlayasan, bu doğurdan dözülməz bir şeydir. Bir var insanlar cinayət törədiblər, bunu normal qarşılayırlar, cəzalarını çəkirlər.

"Kim deyir ki, Azəbaycanda siyasi məhbus yoxdur, yalançı və həyasız adamdır. Ölkənin başında duran adamdan onun mövqeyini müdafiə edən deputatı, KİV-i dəvət edirəm, gəlib mənimlə debata çıxsınlar. Mən sübut eləyim ki, Azərbaycanda siyasi məhbuslar var və bu siyasi məhbuslar ordusu da bu hakimiyyətin siyasi iradəsindən yaranıb.

İnsanları həyasızcasına şərləyib saxlamaq, minnət, təşəkkür gözləmək tərbiyəsizlikdir

"Belə hallara dözmək olmaz. İndi bizi – cəmi 10-15 nəfəri həbsdən buraxıblar, bu heç nə demək deyil. O biri insanları təcili, bir an gec olmadan buraxmaq lazımdır. Biz onların azad olunması üçün artıq mübarizəyə başlamalıyıq. İnsanları həyasızcasına şərləyib saxlamaq, minnət, təşəkkür gözləmək tərbiyəsizlikdir”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşlarla bağlı 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

“Müstəqil məhkəmə olsaydı, heç kəs günahsız yerə həbsə düşməzdi”

“Mən arzu edərdim ki, ümumiyyətlə Azərbaycanda siyasi məhbus olmasın, heç kimin əfv gözləntiləri də olmasın. Əgər ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti olsaydı, heç kəs günahsız yerə həbsə düşməzdi”.

Jurnalist Pərviz Həşimli
Jurnalist Pərviz Həşimli

Bunu AzadlıqRadiosuna müsahibəsində həbsdən çıxmış jurnalist Pərviz Həşimli deyib. Pərviz Həşimli bir müddət müalicə alacağını, daha sonra jurnalistika və insan haqları ilə bağlı fəaliyyətini davam etdirəcəyini də bildirib.

Pərviz Həşimlini MTN 2013-cü ildə həbs etmişdi. 2014-cü ilin mayında məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi.

Cinayət Məcəlləsinin 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi), 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinmişdi.

“Bir az dincələndən sonra həbsxanadakı yoldaşları da düşünməliyik”

“Azadlığa çıxmaq xoş duyğudur. Eyni zamanda, mən həbsxananı bir qədər də kədərli tərk eləmişəm. Çünki qəfildən oldu. Heç orda qalan yoldaşlarla sağollaşmaq, vidalaşmaq imkanımız olmadı”.

Bunu AzadlıqRadiosuna müsahibəsində həbsdən çıxandan sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyib.

Anar Məmmədli bundan sonrakı fəaliyyəti haqqında da danışıb:

Anar Məmmədli
Anar Məmmədli

“Göstərəcəyim fəaliyyət daha çox hazırkı ictimai-siyasi mühitə adekvat olacaq. Çünki mən həbsxanaya düşən vaxt Azərbaycanda elə bir situasiyaydı ki, indiki qədər qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətinə təzyiqlər yox idi. Eyni zamanda, hüquqi mühit indikindən xeyli dərəcədə sərbəst idi, məhduduyyətlər o qədər deyildi. Həbsdə olan insanların sayı bu qədər deyildi. Bir az dincələndən sonra həbsxanadakı yoldaşları da düşünməliyik. Onların hüquqlarının müdafiəsi ilə məşğul olmalıyıq”.

...mən həbsxananı bir qədər də kədərli tərk eləmişəm. Çünki qəfildən oldu. Heç orda qalan yoldaşlarla sağollaşmaq, vidalaşmaq imkanımız olmadı

Anar Məmmədli siyasi azadlıqların müdafiəsi uğrunda da fəaliyyət göstərəcəyini bildirib:

“Ancaq imkanlar buna yetərsə, hələ daha çox araşdırmalarla məşğul olacağıq, vəziyyəti qiymətləndirəcəyik, dostlarla-yoldaşlarla məsləhətləşəcəyik”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü ilin dekabrında həbs olunmuşdu.

2014-cü ilin mayında məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qanunsuz sahibkarlıqda, vergidən yayınmada, seçkinin nəticələrinə təsir məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinirdi.

Gənc fəal Ömər Məmmədov: “Azadlığa çıxmaq anı möhtəşəm bir hissdir”

Ömər Məmmədov
Ömər Məmmədov

“Açığı özümüzü sabaha hazırlamışdıq. Gecə vaxtı soyuq türmə qapılarından çıxmaq bir az qəribə oldu. Çıxmaq anı möhtəşəm bir hissdir. Heç kimə orda qalmağı arzulamıram. Orda xeyli dost-tanış qazandıq. Bizə o qədər də dəstək olmadı. Amma dəstək olanlara minnətdaram. Həbsdən çıxmışıq, həbsdə olanların necə əzab-əziyyət çəkdiyini bilirik. Onlara daha yaxşı dəstək olacağıq. Məktub kampaniyasında, kitablar əldə eləməkdə, maddi cəhətdən”.

Bunu AzadlıqRadiosuna prezidentin martın 17-də imzaladığı əfv fərmanı ilə azadlığa çıxmış gənc fəal, bloger Ömər Məmmədov deyib.

Ömər Məmmədov bildirib ki, həbsdən sonra işləmək, təhsilini davam etdirmək haqqında da düşünəcək.

Ömər Məmmədov 2014-cü ilin iyulunda narkotik saxlama ittihamı ilə 5 il azadlıqdan məhrum edilmişdi.

Yadigar Sadıxov: “Əfv ərizəsi yazmamışdım, ona görə buraxılacağımı gözləmirdim”

Yadigar Sadıxov
Yadigar Sadıxov

“Cinayət eləməmiş insanlar kimi azadlıq bizim haqqımız idi və haqqımıza qovuşduq. Təbii ki, öz haqqını almaq, haqqına qovuşmaq məmnunluq yaradır. Mənim sənədlərimlə maraqlandıqları haqqında məlumatım var idi. Amma o qədər də ümid eləmirdim. Çünki özüm əfv ərizəsi yazmamışdım. Güman edirdim ki, yəqin ona görə buraxmazlar”.

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıxov adam döyməklə xuliqanlıqda ittiham olunub. O, 2014-cü ilin yanvarında 6 il azadlıqdan məhrum edilmişdi.

«Azadlıqda olmaq çox qeyri-adi hissdir»

«Əfvlə bağlı bir neçə bayramda gözləntim olub. Amma bu bayramda daha təcrübəli olduğumdan, tələsmirdim. Dedilər ki, adım var, hazırlıq görülməyə başladı. Bizi təhlükəsizliyə görə digər məhbuslardan təcrid elədilər. Azadlıqda olmaq çox qeyri-adi hissdir. Sonuncu qapıdan çıxana qədər düşünürsən ki, «həqiqətənmi bu dəfə çıxıram, yoxsa yenə problem olacaq?». Amma çox qeyri-adi bir hissdir».

Rəşad Həsənov
Rəşad Həsənov

Bunu AzadlıqRadiosuna martın 17-də əfv fərmanıyla həbsdən çıxan gənc fəal Rəşad Həsənov deyib.

O, gələcək planları barədə söyləyib ki, əmək fəaliyyəti, təhsilinin davam etdirilməsi ilə məşğul olacaq.

Rəşad Həsənov həbsdə olan digər ictimai fəalların tezliklə azad olunmasını da arzulayıb: «İntiqam müəllim də mənim cəza çəkdiyim müəssisədə idi. O, çox mükəmməl insandır. Onun həbsdə olması adamı doğrudan üzür. İstəyərdim ki, o da azadlıqda olsun. Ümid edirəm, növbəti sərəncamlarda İntiqam müəllimi, digərlərini də azadlıqda görəcəyik».

NİDA Vətəndaş Hərəkatının fəallarından olan Rəşad Həsənov 2013-cü ilin aprelində həbs olunmuşdu. Kütləvi iğtişaşların törədilməsində ittiham olunaraq 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG