Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:33

Azərbaycanlı bankir Malta vətəndaşlığında qalarsa...


“Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülüb. 10 Aprel 2015
“Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı - “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülüb. 10 Aprel 2015

“Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir”.

Vətəndaşlıq haqda qanunun 18-ci maddəsində belə deyilir.

Hüquqşünas Adil İsmayilov da AzadlıqRadiosu-na bildirir ki, “Azərbaycanda ikili vətəndaşlıq yoxdur”. O əlavə edir ki, qanunvericiliyə son dəyişiklikdən sonra bu məsələ bir az da sərtləşib, “ya buranın vətəndaşlığından imtina etməlisən, ya oranın”. Üstəlik də bu haqda mütləq bir ay ərzində rəsmi qurumları yazılı şəkildə məlumatlandırmalısan. “Əks halda bununla bağlı hüquqi məsuliyyət yaranır”, – vəkil əlavə edir.

Buna da bax: Malta vətəndaşlığı almış Eldar Qəribov kimdir

Vətəndaş bu halda 3 min manatdan 5 min manata qədər cərimə edilə və ya ictimai işlərə cəlb oluna bilər.

"Unibank"
"Unibank"

“Eldar Qəribovun vaxtı olan kimi...”

Azərbaycanlı bankir, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribovun Malta Respublikasının vətəndaşlığını aldığı bildirilir. Maltanın mətbuatı yazır ki, belə vətəndaşlıq 650 min avrodan başlanır. Maraqlıdır, Qəribov Azərbaycan vətəndaşlığından çıxacaqmı? Üstəlik, onu Avropa ölkəsində belə bahalı vətəndaşlıq əldə etməyə vadar edən səbəb nədir?

Buna da bax: Oktay Gülalıyev 6 ildir pasport ala bilmədiyini deyir

AzadlıqRadiosu bir neçə gündür bankirdən bununla bağlı açıqlama almağa çalışsa da, mümkün olmayıb. Yanvarın 10-da bankın əməkdaşı bildirib ki, Müşahidə Şurasının sədri məşğuldur, “Eldar Qəribovun boş vaxtı olan kimi özü əlaqə yaradaraq sualları cavablandıracaq”.

Buna da bax: ‘Azərbaycan sərhəddinə yaxınlaşanda hansısa generala zəng etdilər...’

Bəs Eldar Qəribov kimi xaricdə vətəndaşlıq alanlar çoxdurmu? Onlar niyə belə addım atırlar?

Dövlət Miqrasiya Xidmətinə zəng vursaq da, son bir neçə ildə Azərbaycan vətəndaşlarından nə qədərinin xaricdə, xüsusən də Malta Respublikasında vətəndaşlıq alması barədə məlumat ala bilmədik.

“Siyasi hüquqlar, iqtisadi güzəştlər...”

Suallarımızı miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənova yönəldirik: Sizcə, Azərbaycan vətəndaşı hansı səbəblərə görə Avropa ölkələrində xüsusən də pul qarşılığında vətəndaşlıq almağa çalışırlar?

Buna da bax: Partiya sədri 10 ildir pasport ala bilmirsə...

“Burda müxtəlif səbəblər ola bilər. Tutalım, kimsə həqiqətən də Maltanın iqtisadiyyatına sərmayə qoymaqla biznes qurmaq istəyir. Bəllidir ki, bu halda o, müəyyən güzəştlər əldə edə bilər, məsələn, vergiylə bağlı. Ən azından, bundan yararlanmaq istəyirlər. Digər bir qisim ola bilsin ki, uşaqlarının bu ölkədə təhsil almasında, çalışmasında maraqlıdır. Bir var miqrant kimi, qaçqın kimi gedib yaşayırsan, bir də var vətəndaş kimi. Vətəndaş olduğu halda həmin şəxsin siyasi hüquqları əmələ gəlir, seçkilərdə iştirak edə bilir və s. Artıq bir neçə Avropa ölkəsində azərbaycanlılar seçkili orqanlarda təmsil oluna bilirlər. Yəni siyasi hüquqlar, iqtisadi və ya təhsil güzəştləri Azərbaycan vətəndaşını bu ölkələrdə vətəndaşlığı qəbul etməyə sövq edir”, – mütəxəssis cavab verir.

Buna da bax: 500 dollardan artıq valyuta almaq istəsən...

Eldar Qəribov artıq Malta Respublikasının vətəndaşlığını əldə edib. Bu o deməkdirmi ki, o, Azərbaycan vətəndaşlığından məhrum ediləcək?

Bu suala dəqiq cavab almaqdan ötrü AzadlıqRadiosu-nun əməkdaşı sadə bir vətəndaş olaraq Dövlət Miqrasiya Xidmətinin 919 çağrı mərkəzinə müraciət edib. İnspektor İmanovanın söhbətini təqdim edirik:

– 2014-cü ildə qəbul edilən yeni qanuna görə, siz könüllü olaraq başqa ölkənin vətəndaşlığını alırsınızsa, artıq Azərbaycan vətəndaşlığını itirmək üçün əsas yaranır.

– Amma istisna mümkündürmü? Hansı halda vətəndaşlıq itirilməyə bilər?

Buna da bax: Mərkəzi Bankın bəyanatına reaksiyalar

– Buna məhkəmə qaydasında baxılır. Məhkəmə araşdırır ki, həmin şəxs vətəndaşlıqdan çıxarılır ya qalır.

– Tutalım, Azərbaycan vətəndaşı Maltada pul verdi vətəndaşlıq aldı, biznes qurdu. Bu halda o, Azərbaycanda vətəndaşlığını saxlaya biləcək?

– Dediyim kimi, o, artıq məhkəmə qaydasında həll olunur. Mən konkret heç nə deyə bilməyəcəm. Yüz faiz deyə bilmərəm ki, vətəndaşlığı itirəcək, ya saxlayacaq. Bunun üçün sənədlər toplanıb məhkəməyə göndərilir və orda qərar verilir.

Buna da bax: Azərbaycan pasportu neçəncidir

Eldar Qəribovun Maltada vətəndaşlıq alması xəbəri yerli mediada müxtəlif şərhlərə və suallara yol açıb. Hətta onun ölkədən getməsi, rəhbərlik etdiyi bankın bağlanması haqda ehtimallar da səslənməkdədir.

XS
SM
MD
LG