Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:45

Müdafiə Nazirliyini tənqid edən polkovnik həbs olundu


Elnur Məmmədov
Elnur Məmmədov

Ehtiyatda olan polkovnik Elnur Məmmədov oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində həbs olunub. O, CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib. Ona məhkəmə zalında hökm oxunub, 6 ay azadlıqdan məhrum edilib.

Polkovnik Məmmədov Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı şikayət əsasında cəzalandırılıb. Əliyev iddia edir ki, ehtiyatda olan polkovnik sosial şəbəkələrdəki çıxışlarında Müdafiə Nazirliyinin ünvanına böhtanlar səsləndirib.

Məmmədovun yaxınları bu iddianı rədd edir, onun sosial şəbəkələrdə Müdafiə Nazirliyinin ünvanına səsləndirdiyi tənqidlərə, prezidentə müraciətinə görə cəzalandırıldığını iddia edir.

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Naziri günahlandırıb

Məmmədov Müdafiə Nazirliyi sistemində yeyintilərə, Tərtər hadisələrinə görə nazir Zakir Həsənovu günahlandırıb, özünün müalicəsi üçün ayrılan vəsaitlərin mənimsənildiyini iddia edirdi.

"Zakir Həsənova yaxın general tərəfindən özüm, övladlarım, ailə üzvlərim təhdid olunmuşuq. Məni vadar etməsinlər ki, cənab prezidentin qəbuluna düşməmiş məndə olan faktları mediaya açıqlayım", – Məmmədov Facebook hesabında belə yazmışdı.

Yaxınları onu da əlavə edib ki, həbs edilən polkovnikin səhhətində ciddi problemlər var, o, xərçəng xəstəliyindən əziyyət çəkir.

Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq Məmmədovun səsləndirdiyi iddiaları təkzib etmişdi.

XS
SM
MD
LG