Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

Əmanətlərin sığortalanma müddəti uzadılacaqmı?


Azərbaycan manatı, arxiv foto
Azərbaycan manatı, arxiv foto

2016-cı ildə Azərbaycanda “Əmanətlərin Sığortlanması haqqında” qanun qəbul edildi. Orda ölkə banklarında olan əmanətlərin iki il mddətinə sığortlanması müddəası da əksini tapdı.

2019-cu ildə həmin müddət daha bir il uzadıldı. Uzadılan müddət bu il martın 4-də başa çatıb. Həmin müddət yenidən uzadıla bilərmi ya yox hələlik bəlli deyil, ara-sıra bu haqda ehtimallar səsləndirilir.

Əkrəm Həsənov: “Bu halda pullar faktiki batmış olur”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, “Əmanətlərin Sığortalanması” haqqında qanunun əmanətlərin tam sığortalanması barədəki müddəasının müddəti uzadılmadı:

“Uzadılmaması bir yana, hətta niyyət belə bəyan olunmadı. Bu isə o deməkdir ki, artıq qanuna əsasən sığorta kompensasiyası 30 min manat olacaq. Hansısa bank bağlansa, həmin bankda bir əmanətçiyə 30 min manat qaytarılacaq, qalan məbləği ala bilmək üçün öz növbəsini gözləməlidir. Ötən illərdə bağlanan bankların təcrübəsinə istinadən isə demək olar ki, bu halda pullar faktiki batmış olur”.

Ekspertin sözlərinə görə bu təhlükəni önləmək məqsədilə bir çox əmanətçi ehtiyatlı tərpənib:

“Yəni, son 3 ayda əmanətçilər öz adlarında 30 min manat manat saxlamaqla, əmanətlərin qalan hissəsini ya bir neçə banka yerləşdiriblər, ya da hansısa fors-major halında batmaması üçün yaxını olan bir neçə şəxsin adına keçirmklə bir bankda saxlayıblar”.

Ə.Həsənov əmanətlərin bankda tam sığortalanması haqda iddiaları əsassız sayır.

Sahibkarlara olan təhlükə

Onun fikrincə, əsas təhlükə Azərbaycan banklarında əmanətləri olan yerli və xarici sahibkarlar üçündür və burada söhbət milyonlardan gedir.

“Bizim banklarda kifayət qədər xarici əmanətçi var, iri məbləğdə əmanətlər saxlayırlar. Onların Azərbaycandan axını ehtimalı var, onlar əmanətlərini də görütüb ölkədən gedə bilərlər”, - ekspert iddia edir.

“Milli Məclis məsələyə yenidən baxa bilər”

Zahid Oruc, 24 oktyabr 2019
Zahid Oruc, 24 oktyabr 2019

Sosial Tədqiatalar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə hesab edir ki, 2015-ci il devalvasiyası zamanı bank sisteminin böyük qüsurlarla fəaliyyət göstərdiyi üzə çıxdı. Onun qənaətincə, daha sonra bir neçə bankın bağlanması təkcə əmanətçilərə deyil, həm də ölkə iqtisadiyyatına ziyan vurdu.

Deputat deyir ki, məhz buna görə də 2016-cı ildən əhalinin bank əmanətlərinin tam sığortlanması müddəası qüvvəyə mindi və 2019-cu ildə müddət 2020-ci martın 4-nə kimi uzadıldı.

Z.Oruc əmanətlərin sığortalanmasının yuxarı həddinin arıtılrmasını, əmanətlərə görə faizlərin çoxalmasını “sabitləndirici addım” adlandırır.

Amma o da əmanətçilərin narahat olduğunu etiraf edir, bəzi vətəndaşların hətta sözügedən məsələ bağlı STM-ə də müraciət etdiklərini vurğulayır. Zahid Orucun sözlərinə görə, yeni Milli Məclis bu məsələyə yenidən baxa bilər.

XS
SM
MD
LG